Cavabını bildiyiniz suallar verməyin.

 Insan beyninin bir yerində nəsə elə fikirlər olur ki,onu nə deyə bilir,nə yaza bilir.

Kiminləsə söhbət etdiyin anda qarşıdakının gözünə baxıb qulaq asırmış kimi görünürsən ,ancaq orda olmadığını hiss edirsən.

Belə hallarda “ nifrət“edirsən bəzən özünə.Çünki insanın ən pis xüsusiyyəti özünü aldatmasıdı.

Niyə aldadırsan özünü…bu qədərmi çətindi özünə nəyisə etiraf etmək.

…Kimisə…

-sevirəm

…Kiməsə…

-paxıllıq edirəm

…Kiməsə…

-heyranam

…Kiməsə…

-nifrət edirəm

…Kimin üçünsə …

-darıxıram

…kimisə…

-döymək istəyirəm

və bu kimlərin sayını artırmaq olar….sən yenədə etiraf edə bilmirsən…

İnsanları sevirəm deyirsən.Güclüyəm deyirsən.

Bir dəfə olsun güzgüdə özünüzə baxanda sillə vurmaq hissi keçibmi içinizdən…sual vermek fikrim yoxdu.

beynimdəki sualları özüm cavablandıra bildiyim gün , şüuru olan cavab verə biləcək  kəslərə verəcəm bu sualları.

Xəstə olmayan həkim,əsəbləri yerində olan müəllim,maliyyə böhranı təsir etməyən iqtisadçı,daima gülən komik aktyor və.s.(p.s. sayını artırmaq olar) görməmisiz hər halda. Həyatda heç kim ,heç nədən sığortalanmayıb.

Sən özünü güclü hesab etdiyin qədərdə zəifsən.

O “sən ` həm mənəm,həm o du,həm də sənsən…

İndi get yat…bəlkə yuxuda yuxunun sirrini acdin…Nobel alanlardan biri də sən olarsan… Paxıllıq edənlərin sayı artar..:)

Cavabını bildiyiniz suallar verməyin.” üçün bir cavab

Bir şərh yazın