Ömür.

Hər gün yerdən göyə baxırdım,

Bir gün göydən yerə baxdım…

Hər gün ucsuz-bucaqsız mavi səma:

Gecələr ehtiraslı,qəzəbli,

Gündüzlər əyləncəli,

Səhərlər saf -təmiz.

Sənin ,mənim kimi…

Qaranlıqdan aydınlığa gəldiyim gün

Yalanlardan ,pisliklərdən xəbərsiz.

Rəngləri ayıra bilmir gözüm,

Sevdiyim tək insan var anam,

Bir dad bilir,söz tutmur dilim.

Zaman ötür ,böyüyür cismim

Dilim söz tutduqca, artır sevdiklərim.

Rəngləri seçir gözlərim

Ətrafımda oyuncaqlar .

Yelləncəkdir mənim dünyam,

Yelləndikcə zaman keçir…

Əyləncəmsə hələ bitmir.

İlk misram:

Ana Vətən.

Çoxaldıqca misralarım

Zaman ötür.

Qocalmıram,gənc oluram.

Ehtiraslı ,mübariz, üsyankar.

Ulduzlar sayrışır beynimdə

Bir liman var sahilimdə,

Hər gəmiyə məskən olmaz.

Zaman ötər,

Durularam zamanla

Qarışaram axına.

Axıb sonda çatacağam o ümmana…

Bir gün göydən yerə baxdım,

Səhər dumanlı,müəmmalı,

Gündüz rəngarəng,qarışıq,

Gecə işıqlı,əyləncəli.

Hər gün göyə baxıram,

Bir gün yerə baxmaq üçün.

Fevral 2009.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma