uçurtma

Bir kadın var sahilde,
o esmer kadın
Öyle her kes gibi değil.
Aldı mı uçurtmasını eline,
belini dalgalarla yarıştırır.

Seni de başka sever
Usulca girer koynuna.
Bak,
nasıl da süzülüyor
uçurtması gök yüzünde.

O da aynen öyle süzülür
ruhuna insanın.
Var mıdır kanadı düşünürüm,
Yoksa da ben çizerim.

d64a132f57539efec004445abdbb1c0e

Həyatdan payız keçdi

Bu dəftəri Ankaradan tam da belə yağışlı gündə almışdım, üstü təbii qurudulmuş yarpaqlardan hazırlanıb, bir dəfə üstünü də çəkərəm.Çox qəşəng gündəlik olardı, mən isə albom etmək qərarına gəldim.

İçindən payız keçən gözəl şeirlər var, o şeirlərdə daha çox hüzün, bir az ayrılıq, çox az da sevgi olur bəzən. Tam tərsini fikirləşirəm payız yazdan qat-qat sevməli fəsildir və sevgili ilə eyni çətirin altında gəzməli, lap elə ‘bir axşam taksidən düşüb payıza’ ən yaxın kafedən isti supdan, çaydan, qəhvədən, şərabdan zövqə görə dəyişir içməli fəsildir. Bilmirəm, ya da yaş bir azcıq artdıqca adam payızı sevməyə, daha daha çox sevməyə başlayır.

Tam 3 il oldu bu payız, kadrdakı adamla, hətta ilk dəfə birlikdə səhər yeməyi yediyimiz kafe də bağlanıb. Həyata ucundan-bucağından bir az şeir qatmalısan, heç olmasa, səhər yeməyinin xoşbəxtliklə əlaqəsi olduğuna inanacaq qədər.

( şəkil bu payız deyil, çəkəni də tanımırıq, çəkdiyi üçün isə çölü soyuq evi isti payız diləyirəm.)

IMG_20141103_140839

Payız rəngli qabaqlar

Payız adama evdən çıxma, çöldə nə var deyən fəsildir.Bir az da keçsə mən də blogumun şifrəsini unudacaq adam idim. Fikirləşdim payız gəlmişkən, şifrəni unutmağın astanasında yemək bişirim, bura da yerləşdirim, oxuyacaqlar bir qırağa gələcəkdə içinə nə qatdığımı xatırlamaq istəsəm şifrəni xatırlayıb, resepti buradan götürüm. Düzünə qalsa şifrəni xatırlayan, resepti də xatırlayar, siz söhbətin o tərəfinə diqqət etməyin, işin yemək hissəsinə baxın.Adama qalan sözün bütün mənalarında yemək olur, kiminə artıq kilo olaraqdan, kiminə ağız dadı olaraqdan, kiminə də göz zövqü olaraqdan. Mən son vaxtlar ikinci, bir az daha çox üçüncülərdənəm.Artıq kiloalarda ki, öz yerində onlarsız dünya maraqsız olardı, daha yaxşı dünya isə yeyib-yeyib kökəlməyəcəyimiz dünya olardı.Sizə qabağın faydalarından yazardım, yazmayacam, yazmamaq səbəbim isə bəllidir, təbiətdə yeyilən nə varsa miqdarında faydalıdır düşünənlərdənəm. Keçək gözümüzün zövqünə və mədəmizin istirahətin.                                                                                             20140929_150344
Öncə evdəkilərdən kimisə bazara göndərirsən lazım olanları alır, mənim ağlıma aşağıdakılar gəldi.

6 qabaq,300 qram ət

2 pomidor,1 kök

2 acı bibər,1 qırmızı bibər

1 orta boy soğan,3 diş sarmısaq

az-maz düyü,çox az da zeytun yağı

keşniş,reyhan

duz ,istiot ,kimyon

Qaqabları yuyub, daha sonra hər birini iki hissəyə böldüm, əlimin altında olan deşici-kəsici alətlərlə içini ovdum və duzlayaraq bir kənara yığdım. İçi üçün ayırdıqlarımı doğradım əlçəyi geyinib qəşəngcə qarışdırdım.Əlçəyi unutmayın yoxsa soğanla,sarmısağın qoxusu və bibərlərin acısı əlinizə içgəncə ola bilər

20140929_151907

Hazırladığım içi qabaqlara doldurdum, üstünə də dilimlədiyim kökləri yerləşdirdim, kök əvəzinə pomidor dilimi, pendir qoymaq da olar.

Qazana tomatla suyu qarışdırıb tökdüm, balaca kök dilimləri, limon suyu və kub şəklində doğranmış soğanları da əlavə etdim .

Qazana tomatla suyu qarışdırıb tökdüm, balaca kök dilimləri, limon suyu və kub şəklində doğranmış soğanları da əlavə etdim .Şəkil bir az dumalı düşüb bunu da buxarın boynuna atım.

Sonra doldurulmuş qabaqlarımı qazana yerləşdirdim.

Sonra doldurulmuş qabaqlarımı qazana yerləşdirdim.

Bu da xoşbəxt son, boşqabda iki dənə olduğuna baxmayın, bir dənəsi ilə xeyli doymaq olur, şəklin yaxşı alınması üçün say oyunudur .

Bu da xoşbəxt son, boşqabda iki dənə olduğuna baxmayın, bir dənəsi ilə xeyli doymaq olur, şəklin yaxşı alınması üçün say oyunudur .

.Ümid edirəm, bişirəcək və çox bəyənəcəksiniz. Yanında da 3 dəqiqəlik musiqi ilə əla gedir.

Yaxşılıqlarım

El bilir ki, sən mənimsənlə başlayırdı

Vətənin sərhədləri.

İndi baxıram sərhəddin boğazımdadı,Vətən.

Hər gün daha da az qalırsan bədənimdə.

Ayaqlarımı,

heç bir yay gedə bilmədiyim,

torpaqlarda itirdin.

Qollarımı,

atdığım qutulardan çıxmayan,

səsimlə itirdin.

Bütün yaxşılıqlarımı toplayıb,

bir qutu boşluq buraxıram.

Qalan sərhəddini də

qutuna qaytarıram.

Cəzam səndən,

ölümün əlimdən olmasın,

Payın artıq olsun, Vətən.

Image

 

 

 

Günel Əsgərzadə. Söhbət.

Günellə payızın və oktyabrın ən gözəl ola biləcək havasında Zabitlər bağında görüşmüşdük. O qədər danışmışdıq ki, nəyi yazım, nəyi saxlayım fikirləşə-fikirləşə, vaxt tapana kimi fəsil oldu bahar, ay oldu aprel, yer oldu Ankara.Diktafondan, danışaq sonra da uşaqları çəkərəm, gücün çatacaq ikisini birdən qucağına almağa, səsimi eşirdirəm.Günel də,çatır amma gülməyim gəlir, deyir və gülür. O gülüşün içində isə səmimi, uzun illərin tanışı kimi rahat söhbət edə biləcəyin adam gizlənib və o Güneldi. Güneli ilk dəfə 3-4 il əvvəl Ali və Ninoda kitab alanda görmüşdüm, Bakı üçün maraqlı tərzi vardı. Qısa Fransız xanımlarını andıran saçları, eynəyi, şarfı, gülümsəməsi yadımda qalmışdı. Bakıda gözəl və baxımlı qadın çox görmək olur, uzun saçlar, hündür ayaqqabılar və daha nələr- nələr, bu şəhərdə maraqlı adam görmək isə az olan vaxtlar çox olub. Bu gün isə qarşımda onu Günel olaraq yox Atilla ilə Teomanın anası olaraq görürdüm və çalışacam elə yazım ki, siz də Azərbaycanda gənc olmaq, qadın olmaq, ana olmaq feillərinə Günellə bərabər fikirlərinizi qata biləsiz.

15125_10152218822695827_89007394_n1424366_727184797309525_1708703578_n

Günel, hamıda olduğu kimi sənə də ilk sualı axtarırdım, Facebookda uşaqların şəklini gördüm,  iki yaraşıqlı hadisə olan yerdə başqa sual vermək haqqsızlıq olardı. Elə ən gözəlindən başlayım sualın. Ana olmaq necə hissdir ?

-Hələ dəqiq bilmirəm. Mənim üçün yorğunluqdu, ana olmaq deyəndə gözümün qarışısına yuxu gəlir. Bir az keçəndən sonra, gülməyə başlasınlar, oynasınlar yəqin onda tam dəqiq hiss edəcəm ana olmağı. Artistlik etməyim indidən, ülvi hissdi, elədi- belədi desəm düz olmaz.

Bildiyim qədəri ilə Elminlə bir-birinizi toy diskindən seçib evlənməmisiz. Sevmək və ailə qurmaq, niyə qurmaq deyirəm, çünki uzun müddət sevgili olan insanlar sözün əsil mənasında ailə qururlar. O qərara necə gəldiz?

-Bir il sevgili olduq, sonra Elmin əsgərliyə getdi, qayıdandan sonra Azadlıqda işlədi o dövrdə də görüşdük, birlikdə Kulisdə işləməyə başladıq, demək olar bu illər ərzində həmişə həyatımızda olan dəyişikliklərdə yan-yana olduq, 5-ci ildə  mənasızlaşmışdı  münasibət və bu da olduqca təbiidi. Həmişə sevgili olmaq olmur məncə, bir yerdən sonra yenilik olmalıdı. Bizdə fikirləşdik ya evlənək ya ayrılaq. Sonra nişan, ev döşəmək o qədər həvəslənmişdik birlikdə yaşamağa, maraqlı gəlirdi, o müddətdə toy söhbətləri vaxt keçdi. Balaca özümüz üçün şirin evimiz var, ilk vaxtlar ikilikdə gəzdik, indi də uşaqlar, dörd nəfər gəzirik, belə.

Səndən əvvəl Aliyə ilə etmişdim söhbəti, qadını xoşbəxt etmək üçün nə lazımdı sualına, kişi, cavabı vermişdi. Həyatında Elmin olmasaydı bu gün harada olardın ?

-Əslində karierist adamam, təhsil və iş çox önəmlidi həyatımda. 2-ci kursda dövlət hesabına Vyanada təhsilimi davam etmə şansım vardı, universiteti bitirəndən sonra İelts balım da vardı, magistratura oxumağı planlayırdım. Amma indi fikirləşirəm görünür Elmini daha çox sevirmişəm ki, bu gün Vyanada yox, Elminin yanındayam. Ya da hadisələri sürətləndirmişəm, Bütün bunları edib sonra da evlənə bilərdim.

Ailə qadınlara əsas da karierist qadınlara mane olur kimi bir fikir var insanlarda, təhsilini davam etməyi fikirləşirsən yenə?

-Təhsilə həmişə özümü sübüt etmək, mübarizədə olduğumu hiss etmək üçün daha çox önəm verirdim, indi də verirəm. Bizim adamların çoxunda qadınların təhsili bir növ cehiz əvəzi istifadə olunur. Belə olmamalıdı mənə görə. Uşaqlar doğulmamışa kimi bir müddət depressiyaya düşmüşdüm ki, daha həyatım qurtardı, uşaqlar var, oxuya bilməyəcəm, təhsilim getdi. Ancaq uşaqlar doğulandan sonra daha optimist olmuşam elə bil. Hətta ixtisasımı belə dəyişməyi fikirləşirəm arada, bir az böyüsünlər.

İxtisas demişkən, belə baxıram peşəndən elə də razı deyilsən.Nə olmaq istərdin, nə oldun?

-Uşaq vaxtı modelyer olmaq istəyirdim, yaratmaq, onu-ona çalaşdırmaq, bunu-buna qoşmaq, kəsmək, düzəltmək. Vaxt gəldi çatdım 10-cu sinifə kəşf etdim ki, riyaziyyatı yaxşı bilirəm, necəsə oldu, bir də ayıldım ki, 2-ci qrupa hazırlaşıram, universiteti qazandım, Gömrüyü təqaüdlə oxudum, bu da bir az həvəsləndirdi. İndi baxıram ancaq o 4 il mənə heç nə qazandırmayıb. Bu gün olsaydı böyük ehtimal dizayner olardım.

Necə oxşardı peşə seçməyimiz, mən də bir də ayıldım ki, sümük çıxıntılarının latınca adını əzbərləyirəm. Sümüklərin qələmlə şəklini çəkmək ondan maraqlı gəlir

-Eynən, bu gün davam edəsi olsam təhsilimə birinci Azərbaycanda oxumağa heyfim gələr, ikinci də öz həvəsim güvənib ona uyğun sahə seçərəm.

Bakıda hər şeydən danışa biləcək adamlar çox azdı və ya var biz tanımırıq. Elə adam olmağın resepti nədi, bəlkə biləsən ?

-Bizim adamlarla ona görə danışmaq olmur ki, həmişə nəyisə gizlətməyə çalışırlar, səmimiyyətini tutmaq olmur, bilmirəm izah edə bilirəm ya yox. Onda da adama safsan deyirlər. Amma rahatdı da həyat belə, twitter kimi yazırsan, yazdığın kimi da olursan 140 simvolluq.

Twitter ya facebook? (indi yazanda ağlıma gəldi, evlənəndən sonra bütün hesablarını bağlayan qadınlar gərək səmimiyyəti öyrənsinlər, Günel düz deyirmiş, hər zaman bir gizlətdikləri nələrsə var.)

-Twitter, oranı hələ qohumlar kəşf etməyib. (gülür ) Bir də o daha çox yaradıcılıq tələb edir insandan, 140 simvol zarafat söhbət deyil.

Yazmaq demiş, sən bir ara kulisdə yazırdın, nə oldu o işlərin axırı?

-Axrı yaxşı oldu, tərcümələr edirdim daha çox, ciddi yanaşmırdım amma, indi fikirləşirəm gərək ciddi yanaşardım. Bizdə belədi də, ərindən boşanan, anasından küsən kim var özümü jurnalistikada tapdım deyir, işin ciddiyyəti, professionallığı qalmır bir yerdən sonra. Hər kəs yazır, ancaq ortada səmimi iş olmur, hamının kim olduğunu bildiyi adamlar, çıxır ailə dəyərlərindən danışır, kimə də, səmimi olsa hər kəs, daha yaxşı nümunələr olar, yəqin yenə davam edərəm yazmağa, ancaq bu dəfə daha ciddi.

Hara fırladırsan bizdə söhbət, yanlış sistemə, pis təhsilə, qeyri-profesionnallığa gətirir çıxardır. Səninlə bunlardan uzaq söhbət etmək istədiyim üçün yayındırıram bu mövzulardan. Ancaq sistemlə tərbiyəni birləşdirsək, uşaqları böyütmək deyəndə nə gəlir ağlına?1898136_792038637490807_2102054749_n

-Bir dostum vardı anası İngiltərədə baxçada işləyirdi. O danışırdı ki, ordakı uşaqlara yediyi toyuqla həyətdəki canlı toyuğun eyni olduğunu izah edə bilmərsən, amma bizdə uşaq sənə izah edər ki, kimi aldadırsan eyni şeydi də, o gün kəsdilər həyətdə gördüm. İstəmirəm uşaqlar vaxtından tez böyüsün. Tutaq ki, o bilsə ki, yatmaqla ona enerji gələcək tez böyüyəcək, dondurma yesə boğazı ağrayacaq, onda o uşaq olmaz, böyük olar.

Hansı işləri görürsən bunun üçün indidən?

-Ən utandığım bulvarda nələrisə etmək istəyən və özünü yerə cırpan uşaq, ona qələt edirsən deyən valideyn olan səhnədi.O səhnənin olmaması üçün çalışıram. İndidən kafedə oturanda uşaqlar ağlayanda, uşaqdı ağlayır, narahat olur, deyə bilmərəm ki, ağlama. Ancaq elə olanda tez çıxırıq oturduğumuz yerdən, çünki insanlar dincəlməyə gəlir, mənim uşaqlarımın səsini dinləmək məcburiyyətləri yoxdu.

Bu hissədə Atilla ağladı və nədən danışdığımızı unutduq. Uşaqları sakitləşdirəndə Günelin saç rəngi xoşuma gəldi.

Özündə ən çox nəyi dəyişməyi sevirsən?

-Saçımın rəngini və formasını, hətta daha dəqiq olsa qısalığını. İndi uzanıb, ancaq lap qısa saçlarım üçün darıxıram arada.

Sevməyib evlənən qadınların məşhur sözü var, əsas hörmətdi, sevgi boş şeydi, sən nə deyirsən bəs?

-Hörmət də olsa pis olmaz, ancaq sevgi mütləqdir. Hörmət deyəndə ağlıma pul gəlir həmişə. 🙂 Bilirsən, hamilə olanda qadın sevgi, qayğı istəyir, hörməti alıb yan cibimə qoyası deyildim ki, sevmək qəşəngdi.

Son cümlə olaraq, elə bil inşa yazırsan ,Vətən mənə oğul desə ,məsələn, sevgini yaz bir cümlə ilə.

Sevmək, hələ də onun heç kim gülməyən zarafatlarına gülə bilməkdir, Elmin evə gələndə sevinirəm, gülməyim gəlir.

1978625_816768401684497_176600465_n321016_273507456010597_264908790_n

 

 

 

Cem Yılmazın Titanik söhbəti kimi, `o ne biçim film, sonunda adam ölüyor`.Həyatdı da.

Bəs sən 22 ildə nə etdin ?

İnsanlar uzun illər düşüncələrlə işləməyin daha faydalı olduğu qənaətinə gəldilər və bu gün dünyanın daha yaşanmalı bir yer olması üçün düşüncə müharibəsində udmaq lazımdı.Bunun üçün oxumaq, oxumaq, oxumaq lazımdı. Gənclərin qarşısına yaxşı nümunələrlə çıxmaq lazımdı. Öz adıma, mənə yüz düşmən öldürən, balta ilə baş kəsən, müharibədən şəkillərlə sərgilər, ədalətin nə olduğunu bilməyən insanların xəritədən silinmiş torpaqlar üçün ədalət istəməsi səmimi görünmür. İşə səmimiyyət qatmaq lazımdı, yalın təqdim etmək və hər kəsə özünə lazım olanı götürməyə icazə vermək lazımdı. Filmlər çəkmək, kitablar yazmaq və.s. Bu qısa filmin çəkilişlərinin ilk günündən məqsədin nə olduğunu bilirəm, çünki bu qısa film uzun illər bizim müzakirələrimizin, gördüklərimizin nəticəsidi. Uşaqlıqdan filmlərdə gördüyümüz eybəcər, saqqallı düşmən portretindən o qədər bezmişdim, bu filmdə ən əsası onu görmədiyimə sevindim. Çünki ilk dəfə ölkə xaricində erməni görəndə onların da normal bizim kimi insanlar olduğunu başa düşmüşdüm. Düşmənlə ağılla mübarizə aparmaq lazımdı bu səni hər zaman ondan üstün edir. O qədər maraqlı fikirlər yazırlar 6 dəqiqəlik filmə, baxırsan ki, hər kəs öz istədiyi kimi başa düşüb.
Bu gün 2014-cü ildi və dünyada yüzlərlə erməni dostu olan həmyerlilərimiz var və həqiqətdi, Bunu dəyişə bilmərik, belə problemlər bir çox xalqların başına gəlib, qalib olmaq üçün həqiqətin gözünün içinə baxmaq lazımdı. Onlarla qonşuyuq, ortaq uşaqlığı, dostluğu onlarla yaşayan insanlar var. Ancaq bu müharibə olmayıb demək deyil. Əgər bu gün bir süfrə arxasında oturub yemək yeyə biliriksə, bilirsinizə deməli danışıqlardan sonra da hətta onlarla birlikdə yaşamaq olar. Müharibə, qan, məhv olmuş insan həyatları heç nə dəyişmir, neçə ki, 22 ildə heç nə dəyişmədi.
Böyük işlər gözləyirəm bu filmi yaradıcılarından, o insanlar az pulla çox söz dedilər, bəs Sən 22 ildə nə etdin ?
p.s. Söyüş var bu nədi kimi reaksiya verənlər, döyüş yox söyüş anlımıza yazılıb.Erməni sözünü söyüş və təhqir olaraq istifadə edən xalq söyüşə elə reaksiya verib, elə bil ömründə istifadə etməyib. Bu filmin yaradıcılarının heç birinin erməni qarışığı yoxdu. Bilirəm iş görəni o dəqiqə erməni çıxardırsız. Ədalət tələb edirsinizsə baş rolu oynayan Rasim Cəfərin bir tamaşasında iştirak etmişəmmi sualı verin özünüzə. Uğurlar hamımıza.

Təklif

Səhərə Bəhram Bağırzadənin Hacıbala Abutalıbova yazdığı yazını oxuyaraq başladım. ( http://baku.ws/index.php?newsid=35184 ) Sizin də oxumağınızı istərdim. Bu şəhər Bakılıların olduğu qədər də hamımızındı. Bakıda doğulmağından, böyüməyindən asılı olmayaraq ona sahib çıxmaq bizim borcumuzdu. Çünki o küçələrdə çoxumuzun təhsil aldığı məktəb, universitet, sevgilimizlə gəzdiyimiz küçələr, ilk dəfə diplom əlimizdə sevinərək valideynlərimizə zəng etmək üçün dayandığımız səkilər, qarda sürüşüb yıxılmaqdan bizi qoruyan tutunduğumuz ağaclar, uşaq vaxtı futbol meydançası etdiyimiz məhlələr, qapı əvəzi istifadə etdiyimiz qarajlar, yedi şüşələr, ortadaqaldılar və nələr, nələr var. O küçələrdən bu gün bəlkə də çoxu dəyişib. Bunlar artıq keçmiş zamandı bu gün isə dəyişsə də gözəl ola biləcək bir hadisə baş verir küçələrdə. Yuxarıdakı yazıda da adı keçən Sovetski. O Sovetski ki, baxdığımız filmlərdən, çox sevdiyim Yuğ teatrı, köhnə İtaliyan filmlərini xatırladan, şəkil çəkdirmək üçün belə olsa getdiyimiz o qapılar var. Orada yaşayan insanlar onlara daha artıq pul verilsin və normal ev ala bilməkləri üçün etiraz edir bu onların təbii haqqıdı. Onların neçəsi üçün Sovetskinin tarixi, xatirələr önəmlidi bilmirəm və bu haqqda nəsə yazmaq haqqını özümdə hiss etmirəm. Ancaq çox önəmli bir mövzü var ki, bu da etirazdan asılı olmayaraq oranın söküləcəyidi. Neçə ki, Basin söküldü. İnanıram ki, bu yazımı az da olsa insan oxuyacaq və bir dəfə belə olsa şəhərin insanlarına da qulaq asacaqlar. Bizdən təklif etmək  olsun.

Təklif: Mən dünya insanı olaraq özümü heç də bir New York sakinindən aşağı hiss etmirəm, əgər onların belə parkı varsa, mən yaşadığım şəhərdə niyə olmasın?!Image

Daha mərmərli park istəmirəm və əminəm bu şəhərdə mənim kimi düşünən minlərlə olmasa da yüzlərlə insan var. Park salınacaqsa Bakının ekoloji problemləri üçün ürək ola biləcək park olsun. Biz bol oksigenli şəhər istəyirik. Hansısa bayrama, tədbirə görə bir il içində mütləq bitməlidi tərzində park istəmirik.Ağac əkmək lazımdısa özümüz iştirak edərək şəhərimizi canlandırarıq, bircə mərmər olmasın.Elə o ərazidə də Bəhram Bağırzadənin acıq hava muzeyi təklifi icra olunsun,əmin olun bu turistlərə daha maraqlı olar, onlar bizim mərmərli parklara sadəcə neftdən gələn pul kimi baxırlar o da heç kimə lazım deyil. Bu gün sala biləcəyimiz o park, beş il sonra olmasa da qırx il sonra təqaüdə çıxanda dostlarla gəzməyə kölgəli bol oksigenli parkımız olar. Qocaların sümüyü də kövrk olur, mərmərdə yıxılmaq əvəzinə belə bir şəhər istəyirəm.

Gözəl,günəşli, oksigenli, yaşıl səhərlərə və şəhərlərə.