Hekəyə içində yaşanan hekayələr.

Uşaq olanda küçələrin adlarını əzbərləyirdi.Ötən zaman küçələrin də adına təsir etmiş,yollara yeni asfalt döşəndikcə adlar da təzələnirdi.

İndilərdə küçədə saçında lent,ağ çorab geyinmiş məktəbli ilə rastlaşmaq ,aya uçmaq qədər xəyaldı .Qarşısına çıxan ilk məktəbliyə oxşayan hər hansı bir uşaqdan küçənin adını soruşdu.

-Salam,

-Salam.

-Bu hansı küçədir?

-Nə bilim,küçədi də…

-Bəs sənə maraqlı deyil,hər gün keçdiyin küçənin adı?
-Yox,işim-gücüm qurtarıb.Nə fərqi var ki,hansı küçədi..Küçədi də…

-Rəşid Behbudov küçəsi.Bəlkə nə vaxtsa lazım olar.Adın nədi?

-Toğrul.

Toğrulun üzündən utandığı hiss olunurdu.

-Çox sağ olun.Yəni əslində maraqlıdı da,sadəcə heç vaxt deyən olmayıb ,məndə soruşmamışam.Elə bilirdim yalnız filmlərdə kimsə əlində kağız adress soruşub dostunu ,qohumunu ,sevgilisini axtara bilər.

-Utanma Toğrul,utananın oğlu olmur.

Toğrul gülə-gülə yoluna davam etdi.Çünki sabah dərsdə uşaqları başına yığıb danışmağa maraqlı mövzü var idi.Özündən yaşca böyük qadınla dialoqa girmək 14 yaşlı məktəbli üçün inqilab etməyə bərabər bir hiss idi bu onun gözündəki parıltıdan acıq aşkar oxunurdu.

(ardı var)

Hekəyə içində yaşanan hekayələr.

Zəng edən uzun zamandı təhsili ilə əlaqəli Bakı da olmayan dostu idi.Hələ universitetdə oxuduqları vaxtlarda da onlar çox vaxt “Əli və Nino“ da görüşürdülər.Qəribə isti mühiti var,insan özünü çox rahat ,evdəki kimi hiss edir orada.

Taksi ilə getmək 5-10 dəqiqə vaxtını almalı idi,lakin tixaclar günorta saatlarında çox olduğu üçün Damla taksidən yarı yolda düşüb piyada davam etdi yoluna.İşləri çox olduğundan bu tərəflərə tez-tez yolu da düşmür bu aralar.Əlinə imkan düşmüşkən  gəzmək də pis olmazdı.Çünki dostuna bələd idi.Dediyi vaxtdan 1 saat sonra gəlirdi demək olar ki ,hər zaman.

(ardı var)

Hekəyə içində yaşanan hekayələr.

Otaq əzilmiş kağızlarla dolmuşdu.Neçə vaxtı beynində dusdaqlar kimi eyni xətt boyunca gedib-gələn fikirləri istədiyi kimi yaza bilmirdi.

İllərin həsrətini bir cümlənin içinə yerləşdirib,özünə çay süzdü.Yan otaqdan telefonun səsi gəlirdi.

-Bu boyda evdə bir adam yoxdu telefonu götürsün?!

Anası Damlanın səs tonundan əhvalının nə rəngdə olduğunu anlayan yeganə insan idi dünyada.

-Bəli.

-Bir dəqiqə gözləyin.Çağırıram…

Zəng bu günə olan bütün planları pozmuşdu.Məktubu sabaha qaldı.

Damla qarlı havalarda köhnə də olsa narıcı paltosunu geyinir hər zaman.Yenədə ənənəsinə sadiq qalıb,narıncı paltonu çiyninə atıb tələm-tələsik evdən çıxdı.

(ardı var)

Hekəyə içində yaşanan hekayələr.

Sonuncu dəfə nə zaman gördüyünü xatırlamırdı.Aradan keçən vaxt kəsiyində hər kəs dəyişmişdi.Bəlkə də,getdiyi hansısa filmdə,dünən portağal almaq üçün getdiyi bazarda görmüşdü onu,tanımamışdı.

Və günlər öz axarı ilə beləcə keçib gedirdi .Sıradan günlərin birində yazılan bir cümlə onu iki zamanın qovuşduğu nöqtədə tək qoydu.Yaşamının bundan sonrakı yarısı cümlənin ünvanlandığı insandan asılı idi.

(ardı var)

Hekəyə içində yaşanan hekayələr.

Pəncərədən baxanda hava artıq qaralmışdı.Qatarın Bakıdan çıxmasına yarım saatdan az qalırdı.Atasından qalma ev Azadlıq prospektində yerləşirdiyi üçün Dəmiryol vağzalına getmək elə də çox vaxtını almayacaqdı.

Qapını bağlayıb evdən çıxdı.Blok qaranlıq olduğundan yerdəki kağızı görmədən yola düzəldi.Kağıza yazılanlardan isə heç vaxt xəbəri olmadan o hələ də yaşayır.

(ardı var)…

Bitməyən hekayələr.

Bu slaydşou üçün JavaScript lazımdır.

Sabahdan etibarən vaxtım olduqca hər gün bir hekayə yazacam.

Yaşanmış və ya uydurduğum hekayələr.Bitməyən hekayələr.Hekayələr bitmir.Kitablar vərəqlərin və vərəqlər bitir. İçində danışılan hekayə isə davam edir.Qəhramanlar böyüyür,kimlərsə ölür,doğulur.Kitabı bağladığımız an qayıtdığımız həyatlardakı kimi.

Alınar yəqin …İstədiyim kimi yaza bilərəm…

“Əslində, həyat insanın necə yaşadığı deyil, onu necə xatırladığı və başqalarına anlatmaq məharətidir”.

(Q.Q.Markesin)