şəhərə yol var

Getməyə adamı olmayanda

son yarpağı düşür payızın.

Dəyişirsən fəsil-fəsil üzünü,

xəbərin yer dəyişdiyi kimi

cümlənin başına keçirsən.

Darıxmağın yerini yoxluq alır,

yoxluğun da adını dostluq.

Küləyindən günah zəncirləri hörən

şəhərə doğru əsib,

qocalmaqdısa insanın

Tanrıya gedən yolu?!

Yolumuza sınıq körpülər salırlar.

Advertisements