Günel Əsgərzadə. Söhbət.

Günellə payızın və oktyabrın ən gözəl ola biləcək havasında Zabitlər bağında görüşmüşdük. O qədər danışmışdıq ki, nəyi yazım, nəyi saxlayım fikirləşə-fikirləşə, vaxt tapana kimi fəsil oldu bahar, ay oldu aprel, yer oldu Ankara.Diktafondan, danışaq sonra da uşaqları çəkərəm, gücün çatacaq ikisini birdən qucağına almağa, səsimi eşirdirəm.Günel də,çatır amma gülməyim gəlir, deyir və gülür. O gülüşün içində isə səmimi, uzun illərin tanışı kimi rahat söhbət edə biləcəyin adam gizlənib və o Güneldi. Güneli ilk dəfə 3-4 il əvvəl Ali və Ninoda kitab alanda görmüşdüm, Bakı üçün maraqlı tərzi vardı. Qısa Fransız xanımlarını andıran saçları, eynəyi, şarfı, gülümsəməsi yadımda qalmışdı. Bakıda gözəl və baxımlı qadın çox görmək olur, uzun saçlar, hündür ayaqqabılar və daha nələr- nələr, bu şəhərdə maraqlı adam görmək isə az olan vaxtlar çox olub. Bu gün isə qarşımda onu Günel olaraq yox Atilla ilə Teomanın anası olaraq görürdüm və çalışacam elə yazım ki, siz də Azərbaycanda gənc olmaq, qadın olmaq, ana olmaq feillərinə Günellə bərabər fikirlərinizi qata biləsiz.

15125_10152218822695827_89007394_n1424366_727184797309525_1708703578_n

Günel, hamıda olduğu kimi sənə də ilk sualı axtarırdım, Facebookda uşaqların şəklini gördüm,  iki yaraşıqlı hadisə olan yerdə başqa sual vermək haqqsızlıq olardı. Elə ən gözəlindən başlayım sualın. Ana olmaq necə hissdir ?

-Hələ dəqiq bilmirəm. Mənim üçün yorğunluqdu, ana olmaq deyəndə gözümün qarışısına yuxu gəlir. Bir az keçəndən sonra, gülməyə başlasınlar, oynasınlar yəqin onda tam dəqiq hiss edəcəm ana olmağı. Artistlik etməyim indidən, ülvi hissdi, elədi- belədi desəm düz olmaz.

Bildiyim qədəri ilə Elminlə bir-birinizi toy diskindən seçib evlənməmisiz. Sevmək və ailə qurmaq, niyə qurmaq deyirəm, çünki uzun müddət sevgili olan insanlar sözün əsil mənasında ailə qururlar. O qərara necə gəldiz?

-Bir il sevgili olduq, sonra Elmin əsgərliyə getdi, qayıdandan sonra Azadlıqda işlədi o dövrdə də görüşdük, birlikdə Kulisdə işləməyə başladıq, demək olar bu illər ərzində həmişə həyatımızda olan dəyişikliklərdə yan-yana olduq, 5-ci ildə  mənasızlaşmışdı  münasibət və bu da olduqca təbiidi. Həmişə sevgili olmaq olmur məncə, bir yerdən sonra yenilik olmalıdı. Bizdə fikirləşdik ya evlənək ya ayrılaq. Sonra nişan, ev döşəmək o qədər həvəslənmişdik birlikdə yaşamağa, maraqlı gəlirdi, o müddətdə toy söhbətləri vaxt keçdi. Balaca özümüz üçün şirin evimiz var, ilk vaxtlar ikilikdə gəzdik, indi də uşaqlar, dörd nəfər gəzirik, belə.

Səndən əvvəl Aliyə ilə etmişdim söhbəti, qadını xoşbəxt etmək üçün nə lazımdı sualına, kişi, cavabı vermişdi. Həyatında Elmin olmasaydı bu gün harada olardın ?

-Əslində karierist adamam, təhsil və iş çox önəmlidi həyatımda. 2-ci kursda dövlət hesabına Vyanada təhsilimi davam etmə şansım vardı, universiteti bitirəndən sonra İelts balım da vardı, magistratura oxumağı planlayırdım. Amma indi fikirləşirəm görünür Elmini daha çox sevirmişəm ki, bu gün Vyanada yox, Elminin yanındayam. Ya da hadisələri sürətləndirmişəm, Bütün bunları edib sonra da evlənə bilərdim.

Ailə qadınlara əsas da karierist qadınlara mane olur kimi bir fikir var insanlarda, təhsilini davam etməyi fikirləşirsən yenə?

-Təhsilə həmişə özümü sübüt etmək, mübarizədə olduğumu hiss etmək üçün daha çox önəm verirdim, indi də verirəm. Bizim adamların çoxunda qadınların təhsili bir növ cehiz əvəzi istifadə olunur. Belə olmamalıdı mənə görə. Uşaqlar doğulmamışa kimi bir müddət depressiyaya düşmüşdüm ki, daha həyatım qurtardı, uşaqlar var, oxuya bilməyəcəm, təhsilim getdi. Ancaq uşaqlar doğulandan sonra daha optimist olmuşam elə bil. Hətta ixtisasımı belə dəyişməyi fikirləşirəm arada, bir az böyüsünlər.

İxtisas demişkən, belə baxıram peşəndən elə də razı deyilsən.Nə olmaq istərdin, nə oldun?

-Uşaq vaxtı modelyer olmaq istəyirdim, yaratmaq, onu-ona çalaşdırmaq, bunu-buna qoşmaq, kəsmək, düzəltmək. Vaxt gəldi çatdım 10-cu sinifə kəşf etdim ki, riyaziyyatı yaxşı bilirəm, necəsə oldu, bir də ayıldım ki, 2-ci qrupa hazırlaşıram, universiteti qazandım, Gömrüyü təqaüdlə oxudum, bu da bir az həvəsləndirdi. İndi baxıram ancaq o 4 il mənə heç nə qazandırmayıb. Bu gün olsaydı böyük ehtimal dizayner olardım.

Necə oxşardı peşə seçməyimiz, mən də bir də ayıldım ki, sümük çıxıntılarının latınca adını əzbərləyirəm. Sümüklərin qələmlə şəklini çəkmək ondan maraqlı gəlir

-Eynən, bu gün davam edəsi olsam təhsilimə birinci Azərbaycanda oxumağa heyfim gələr, ikinci də öz həvəsim güvənib ona uyğun sahə seçərəm.

Bakıda hər şeydən danışa biləcək adamlar çox azdı və ya var biz tanımırıq. Elə adam olmağın resepti nədi, bəlkə biləsən ?

-Bizim adamlarla ona görə danışmaq olmur ki, həmişə nəyisə gizlətməyə çalışırlar, səmimiyyətini tutmaq olmur, bilmirəm izah edə bilirəm ya yox. Onda da adama safsan deyirlər. Amma rahatdı da həyat belə, twitter kimi yazırsan, yazdığın kimi da olursan 140 simvolluq.

Twitter ya facebook? (indi yazanda ağlıma gəldi, evlənəndən sonra bütün hesablarını bağlayan qadınlar gərək səmimiyyəti öyrənsinlər, Günel düz deyirmiş, hər zaman bir gizlətdikləri nələrsə var.)

-Twitter, oranı hələ qohumlar kəşf etməyib. (gülür ) Bir də o daha çox yaradıcılıq tələb edir insandan, 140 simvol zarafat söhbət deyil.

Yazmaq demiş, sən bir ara kulisdə yazırdın, nə oldu o işlərin axırı?

-Axrı yaxşı oldu, tərcümələr edirdim daha çox, ciddi yanaşmırdım amma, indi fikirləşirəm gərək ciddi yanaşardım. Bizdə belədi də, ərindən boşanan, anasından küsən kim var özümü jurnalistikada tapdım deyir, işin ciddiyyəti, professionallığı qalmır bir yerdən sonra. Hər kəs yazır, ancaq ortada səmimi iş olmur, hamının kim olduğunu bildiyi adamlar, çıxır ailə dəyərlərindən danışır, kimə də, səmimi olsa hər kəs, daha yaxşı nümunələr olar, yəqin yenə davam edərəm yazmağa, ancaq bu dəfə daha ciddi.

Hara fırladırsan bizdə söhbət, yanlış sistemə, pis təhsilə, qeyri-profesionnallığa gətirir çıxardır. Səninlə bunlardan uzaq söhbət etmək istədiyim üçün yayındırıram bu mövzulardan. Ancaq sistemlə tərbiyəni birləşdirsək, uşaqları böyütmək deyəndə nə gəlir ağlına?1898136_792038637490807_2102054749_n

-Bir dostum vardı anası İngiltərədə baxçada işləyirdi. O danışırdı ki, ordakı uşaqlara yediyi toyuqla həyətdəki canlı toyuğun eyni olduğunu izah edə bilmərsən, amma bizdə uşaq sənə izah edər ki, kimi aldadırsan eyni şeydi də, o gün kəsdilər həyətdə gördüm. İstəmirəm uşaqlar vaxtından tez böyüsün. Tutaq ki, o bilsə ki, yatmaqla ona enerji gələcək tez böyüyəcək, dondurma yesə boğazı ağrayacaq, onda o uşaq olmaz, böyük olar.

Hansı işləri görürsən bunun üçün indidən?

-Ən utandığım bulvarda nələrisə etmək istəyən və özünü yerə cırpan uşaq, ona qələt edirsən deyən valideyn olan səhnədi.O səhnənin olmaması üçün çalışıram. İndidən kafedə oturanda uşaqlar ağlayanda, uşaqdı ağlayır, narahat olur, deyə bilmərəm ki, ağlama. Ancaq elə olanda tez çıxırıq oturduğumuz yerdən, çünki insanlar dincəlməyə gəlir, mənim uşaqlarımın səsini dinləmək məcburiyyətləri yoxdu.

Bu hissədə Atilla ağladı və nədən danışdığımızı unutduq. Uşaqları sakitləşdirəndə Günelin saç rəngi xoşuma gəldi.

Özündə ən çox nəyi dəyişməyi sevirsən?

-Saçımın rəngini və formasını, hətta daha dəqiq olsa qısalığını. İndi uzanıb, ancaq lap qısa saçlarım üçün darıxıram arada.

Sevməyib evlənən qadınların məşhur sözü var, əsas hörmətdi, sevgi boş şeydi, sən nə deyirsən bəs?

-Hörmət də olsa pis olmaz, ancaq sevgi mütləqdir. Hörmət deyəndə ağlıma pul gəlir həmişə. 🙂 Bilirsən, hamilə olanda qadın sevgi, qayğı istəyir, hörməti alıb yan cibimə qoyası deyildim ki, sevmək qəşəngdi.

Son cümlə olaraq, elə bil inşa yazırsan ,Vətən mənə oğul desə ,məsələn, sevgini yaz bir cümlə ilə.

Sevmək, hələ də onun heç kim gülməyən zarafatlarına gülə bilməkdir, Elmin evə gələndə sevinirəm, gülməyim gəlir.

1978625_816768401684497_176600465_n321016_273507456010597_264908790_n

 

 

 

Cem Yılmazın Titanik söhbəti kimi, `o ne biçim film, sonunda adam ölüyor`.Həyatdı da.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma