Bəs sən 22 ildə nə etdin ?

İnsanlar uzun illər düşüncələrlə işləməyin daha faydalı olduğu qənaətinə gəldilər və bu gün dünyanın daha yaşanmalı bir yer olması üçün düşüncə müharibəsində udmaq lazımdı.Bunun üçün oxumaq, oxumaq, oxumaq lazımdı. Gənclərin qarşısına yaxşı nümunələrlə çıxmaq lazımdı. Öz adıma, mənə yüz düşmən öldürən, balta ilə baş kəsən, müharibədən şəkillərlə sərgilər, ədalətin nə olduğunu bilməyən insanların xəritədən silinmiş torpaqlar üçün ədalət istəməsi səmimi görünmür. İşə səmimiyyət qatmaq lazımdı, yalın təqdim etmək və hər kəsə özünə lazım olanı götürməyə icazə vermək lazımdı. Filmlər çəkmək, kitablar yazmaq və.s. Bu qısa filmin çəkilişlərinin ilk günündən məqsədin nə olduğunu bilirəm, çünki bu qısa film uzun illər bizim müzakirələrimizin, gördüklərimizin nəticəsidi. Uşaqlıqdan filmlərdə gördüyümüz eybəcər, saqqallı düşmən portretindən o qədər bezmişdim, bu filmdə ən əsası onu görmədiyimə sevindim. Çünki ilk dəfə ölkə xaricində erməni görəndə onların da normal bizim kimi insanlar olduğunu başa düşmüşdüm. Düşmənlə ağılla mübarizə aparmaq lazımdı bu səni hər zaman ondan üstün edir. O qədər maraqlı fikirlər yazırlar 6 dəqiqəlik filmə, baxırsan ki, hər kəs öz istədiyi kimi başa düşüb.
Bu gün 2014-cü ildi və dünyada yüzlərlə erməni dostu olan həmyerlilərimiz var və həqiqətdi, Bunu dəyişə bilmərik, belə problemlər bir çox xalqların başına gəlib, qalib olmaq üçün həqiqətin gözünün içinə baxmaq lazımdı. Onlarla qonşuyuq, ortaq uşaqlığı, dostluğu onlarla yaşayan insanlar var. Ancaq bu müharibə olmayıb demək deyil. Əgər bu gün bir süfrə arxasında oturub yemək yeyə biliriksə, bilirsinizə deməli danışıqlardan sonra da hətta onlarla birlikdə yaşamaq olar. Müharibə, qan, məhv olmuş insan həyatları heç nə dəyişmir, neçə ki, 22 ildə heç nə dəyişmədi.
Böyük işlər gözləyirəm bu filmi yaradıcılarından, o insanlar az pulla çox söz dedilər, bəs Sən 22 ildə nə etdin ?
p.s. Söyüş var bu nədi kimi reaksiya verənlər, döyüş yox söyüş anlımıza yazılıb.Erməni sözünü söyüş və təhqir olaraq istifadə edən xalq söyüşə elə reaksiya verib, elə bil ömründə istifadə etməyib. Bu filmin yaradıcılarının heç birinin erməni qarışığı yoxdu. Bilirəm iş görəni o dəqiqə erməni çıxardırsız. Ədalət tələb edirsinizsə baş rolu oynayan Rasim Cəfərin bir tamaşasında iştirak etmişəmmi sualı verin özünüzə. Uğurlar hamımıza.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma