Seçilmək

İki gün əvvələ kimi həyata gəlməyi biz seçmirik, valideynlərimiz seçir düşünürdüm. Hətta anamla müzakirələrimizdə tez-tez insan özü üçün dünyaya övlad gətirir ondan soruşmur gəlmək istədiyini deyib, qadını da əsəbləşdirirdim. Elə deyilmiş.Mark Twain deyirdi  “mən on dörd yaşımda olanda atam o qədər cahil idi ki,yaşlı adamın ətrafımda olmasına güclə dözürdüm, amma iyirmi bir yaşımda olanda o qədər çox şey bilirdi ki, yeddi ilə necə öyrənmişdi təəccüb etdim.“

Universitetdə bütün kursların dərsini alıb bir günə məzun olmağa insanın gücü çatmaz, elə də həyatdan məzun olana kimi yaşadığımız bütün yaxşı və pis hadisələr də alacağımız dərslərin sadəcə bir hissəsi olur. Bütün bunları bilə-bilə, eyni biz aldığımiz dərsləri alması üçün, özünə bənzər varlıqları dünyaya niyə gətirir insanoğlu, fikirləşirdim.İnsanoğlu əlindən gələn hər şeyi etsə belə, onlar bu dünyaya gəlməyi özləri seçir, eyni ilə iki gün əvvələ kimi dünyaya gəlməyinə çox az qalmış iki dostum kimi, biz onları seçdiyimizi düşünürdük ancaq onlar dünyaya vaxtından tez gələrək sübüt etdiki,  onlar seçirlər gəlməyi,onlara bu seçimdə kim kömək edir o isə insanın inancına və elminə qalmış bir şeydi. Güclü olmağa çalışmaq, dərs almaq bunlar işin yaşamaq feilinə aid hissələridi. Əslində isə nə gözəl olar güclü olmağa məcbur olacağımız anlar yaşamasaq. Həyatın axarını dəyişən hadisələr yara kimi isti-isti hiss etmirsən, ayılanda isə ağrı o qədər incidir ki, o boşluqda itəcəyini düşünürsən. Küçəlik ən rahat paltarını geyinib,üzün yuyub,makiyajını edib, qapını bağlayıb çölə çıxmaq, yaşamağa başımız qarışdığı anlarda unutduğumuz  dünyanın ən böyük boşluğu kimi görünən, kainatın isə ən dolu mavisi olan səmaya baxmaq və sağ olun mənim balaca dostlarım deyib yola davam etmək isə yaşamaq feilinin ən çətin hissəsidi və o hissə məhz yeddi ildə valideynin necə öyrəndiyini anlamağa kifayət edir.

Bu da bibidən sizə gəlsin, biz də gedək yaşamağa davam edək.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma