Moşu,xalq,narod

Arxa qonşumuzun çox maraqlı playlisti var.Elə-belə təsvir olunacaq playlist deyil.O feyziyab edici playlistdəki mahnılar mane olmaması üçün bu gün səhər tez oyanıb dərs oxumağa başladım.Məni gözləyən surprizdən xəbərsiz.Bir az vaxt keçmişdi ki,pəncərədən otağa Hoppaaaaa sözü süzüldü yox,əməlli ayaqqabıları ilə pəncərəni sındırıb otağa yayıldı.Məcbur pəncərəni bağladım.Sağ olsunlar dünyada başı işləyən insanlar səs keçirməz pəncərələrin düzəldilmə yolunu tapıblar.Təbii ki,yay olduğundan otaqda hərarət artmağa başladı əlacsız pəncərəni acdım.Atdım dərsi sona kimi qulaq asdım mahnıya.Bəxtimdən bitməyinə 1-2 dəqiqə qalmışdı.Yazının sonunda yerləşdirəcəm istəsəz siz də tanış olarsız.Mahnı bitəndən sonra xeyli fikirləşdim.Bilirsiz ,maraqlısı odu ki,bəyənməsək də bu xalqa aidik.Müəyyən hədəflərim var ona çatmaq üçün oxumalıyam.Bu qədər oxu,valideynlərim kitablara,kurslara pullar versin,imtahanları qazan ,sonra növbələrdə qal ,bəzən yatma,elə olsun ən yaxın adamının qeyd olunmalı anlarında yanında ola bilmə.Və sonda ixtisasının bilicilərindən ol,biri çıxıb desin ki,gəl xalqına xidmət elə.Xalq da nə xalq hoppa.Təhqir etmək fikrim yoxdu,oturub mahniya qulaq asa bilmə şansınız olsa görərsiz ki,əslində onlar qədər bizim adamları tanıyan,güzgünü üzünə tutan,nə olduqlarını görsədən başqa nümunə yoxdu.Bəli,hər kəsin başqa ölkədə yaşamaq kimi bir seçimi var və bundan istifadə də edə bilər .Hətta Azərbaycan yaxşı klinikaların birində əla maaşla da işləyə bilər .Dövlətin maaşı az olsa da ,yaxşı maaş verən klinikalar var əgər sən işini çox yaxşı bilirsənsə.Amma istənilən halda 10 xəstəndən 7-si hoppa olacaq.Ola bilər statistikam səhvdi.Tək sevindiyim hoppalardan pul qazanma ehtimalıdı ki, sığorta olmadığı üçün onlar da 20-30 azn pul verib sonra hər yerdə nə gəldi danışacaqlar.Ümid edirəm bir gün belə bəsit problemlərlə ürək bulandıran söhbətlər olmayacaq səhiyyədə.Heç olmasa səhiyyədə.Moşu da xoşbəxtliyə qafiyə tapacaq.Məsələn;

Xoşbəxtlik hoppalardan qazanılan çox pulda yox,

Dializə bağlı xəstəyə,

Sizə uyğun böyrək tapıldı,cümləsindədi.

http://www.youtube.com/watch?v=HeQtPHuesDY

Advertisements

Moşu,xalq,narod” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma