pişik

Köhnə fəvvarələr meydanı ilə üzü yuxarı 65 nömrəli avtobusun dayanacağına qalxırdıq.Ədəbiyyat muzeyinə çatanda gördük ki,ağ qara zolaqlı pişik şikarını güdməklə məşğuldu.Şikar da ,nə şikar qaranquş.Pişik sadəcə şəhərdə olduğunu unudub ,özünü əcdadları kimi hiss etmək qərarı almışa oxşayırdı.İstədim pişiyi qorxudum,bizim bəy icazə vermədi.Sən müdaxilə etsən təbiətə qarşı çıxmış olarsan dedi.Sonra da təbiətdə bu cinsdən olan bütün heyvanların qurbanını belə vəziyyətdə izlədiyi haqqında mühazirə oxumağa başladı.Belə bir adamla isti Bakı da sərinləşir o da ayrı mövzudu.Uzun sözün qısası dayanıb bu səhnənin sonunu gözləyirdik ki,bir ağsaqqal bu pişiyə bax deyib ayağı ilə qovdu .Pişik də arxasına baxmadan qacdı.Quş isə ətrafda olanlardan heç xəbəri yoxmuş kimi özü üçün oralarda sülənməyə davam etdi.Mən müdaxilə etmədim amma o adam təbiətə qarşı çıxdı.Təzə tikilən avtodayanacağın kənarı ilə qalxarkən bu pişiklər niyə yaradılıb,nəyə lazımdı dedim.Biz niyə yaradılmışıqsa,o da lazım olub ki ,yaradılıb.Mən hələ də niyə yaradılmışıq,mənmi daha vacibəm dünyaya pişikmi sualını fikirləşməkdəyəm.Şəklini çəkmək ağlıma gəlmədi o mənzərə qarşısında.Ümumiyyətlə insan həyatının maraqlı anlarından az şəkillər olur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma