Suşi

Heç vaxt Suşi yeməmişdim.Universiteti bitirməyimiz şərəfinə artıq köhnə hesab olunan qrup yoldaşlarımla Nottoya getdik.Yeni həyata atılmışkən suşi yeyib özümü “glamour“ həkim hiss etmək eşqinə düşdüm,düşməz olaydım.Nə vaxtsa yaxşı dostlardan biri “sushi philadelphia uramaki“nin məsləhətli olduğunu demişdi.Sifarişi qəbul edən xanım da təriflədi.Əlimdə çubuq (p.s.əllərimdə çiçəklər :).) sevinmiş mimika ilə suşimi gözləmək rejiminə keçdim.Anidən məclisimizə suşi təşrif buyurdu.Digər sifarişlər isə hələ də gəlib çıxmırdı ,fikirləşdik yəqin restoranın arxasında toyuq tutub tükünü yolurlar,kartofu da torpaqdan çıxardıb,sonra da düyünü biçməyə gedəcəklər ona görə bu qədər gec gəlir .

 Həvəslə suşimi yeməyə başlamışdım ki,anidən gözümə tük göründü,nə hikmətdisə hansısa yeməyin içində tükə bənzər nə varsa mənim boşqabıma çıxır.Əvvəl pozitiv düşünüb bunun rusalkanın tükü ola bilmə ehtimalını düşündük.İkidən -birdən suşi yemədiyimiz üçün inanardım .SonraTürkiyədəki etirazlar zamanı olan “qıl“ söhbəti yadıma düşdü və ofisantı çağırdım.Çox sağ olsunlar yenisini sarıb gətirdilər amma məni çətin birdə ora gətirələr.Mən bilmirəm bəlkə siz biləsiz yanında da kələm turşusuna oxşar qida məhsulu var idi amma sirkə əvəzinə fransa qabına dubay doldurması ətirə qoymuşdular elə bil .Çünki həminətirlərin dadını verirdi.O nədi ?Image

Advertisements

Suşi” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma