dəyiş

Hər il ya məktəblə ,ya da atamla xiyabana gedərdik.Böyüdükcə bu ənənə dəyişdi.Bir neçə il olardı ki,getmirdim .İyirmi üç ildi Bakıda yaşayan və şəhəri yaxşı tanıyan hər kəs bilir ki, hər il avtobuslar iyirmi nömrəli məktəbin yanına kimi gedir bu gün.

On səkkiz nömrəli avtobusdan düşdük ,anamla gəzə-gəzə gözləyən insanlara qarışdıq.Şəhidlər Xiyabanına hər zaman olduğu kimi bu ildə hissə-hissə buraxırdılar vətəndaşları.Hansısa idarənin kollektivi ilə eyni sıraya düşmüşdük,papaqlarından,qara paltolarından ,təmiz ayaqqabılarından,əllərindəki güllərdən hiss olunurdu ki,yuxarı kollektivdi.Xiyabana çatana kimi dörd avtobus və polis sərhəddindən keçdik.Yaxınlığımızda Bəxtiyar Hacıyev də vardı.Anama onun haqqında danışdım.Televizordan tanıdığını,o tutulanda anasına dəstək üçün qadınların aclıq aksiyası etdiyini bildiyini dedi.Sevindim.

Ətrafda olan hər kəs,maaşlardan ,tədbirlərdən danışırdı.O qədər insanın içində babası ilə xiyabana gələn iki uşaq vardı. Çoxlu sual verdilər.Ətraf maraqsız olduğu üçün onları izləyirdim.Uşaqlardan birinin gülü sındı.Babası əlində xeyli gül olan həmkarlarından birinə yaxınlaşıb uşaq üçün başqa gül götürdü.Aralarında keçən dialoq bu gün eşitdiyim ən maraqlı bir neçə cümlə oldu.

Baba:-at bunu yerə,təzəsini verim.

Uşaq:-olmaz axı yerə atmaq.

Baba:-at da,bax hər kəs atıb.

Uşaq:-baba,mənə deyiblər yerə zibil atmaq olmaz.Aparım ağacların dibinə atım heç olmasa.

Uşaq o qədər adamın içindən tərpənə bilmədi ki,yola yox kənara atsın sınmış gülünü.`Ver mən ataram` dedim.Gülümsəyərək sınıq gülü mənə verdi. Bir az getmişdik ki ,qarşıma çıxan ilk zibil qabına atdım.O uşaq gələcəkdi.Kim nə deyir desin ,`Atalar və Oğullar `eyni olmur.

Yavaş-yavaş xiyabana yaxınlaşdıqca ətrafımda gəzən adamların çoxunun səmimi olmadığını hiss edirdim.“Flame Tower“i müzakirə edənlər,hətta iş yoldaşlarının heç bir tədbirdə iştirak etmədiyindən şikayətlənən adamlar,bu günü tədbir  hesab edən vətəndaşlarla xiyabana çatdıq.Zərifə və İlhamla başlayan yolda,sonlara yaxın fotoqraf Cahangir Yusifi gördüm.Soyuq olsa da,çəkirdi.Anama onun haqqında da danışdım.Çəkdiklərindən və.s.Yol bitdi məşəlin ətrafı əvvəlki illərdən fərqli olaraq əkillərlə dolu deyildi.Uzaqdan Habilin kamançasının səsi gəlirdi.Və uzaqda da bu gün endirilən bütün bayraqlara baxmayaraq unudulan böyük bayraq görünürdü.Bakıya baxdım,bu şəhəri tərk edəcəyimi bilirəm.Bu fikirlərlə sağa döndüm ki, yanımda Tağı Əhmədov.Fərqimiz yox idi.Eyni ölkənin vətəndaşı olaraq yan -yana eyni yolla xiyabandan çıxırdıq.Sonra ətraf adamlarla dolmağa başladı,hər kəs gözləyirdi ki,Tağı Əhmədov öndə getsin onlar da arxada,özümü sıxılmış hiss etdim və önə keçdim. O azadlığı ,ətrafdakılardan olmamağın verdiyi o hissi yazmağı bacarmıram.Bakı küləyinin ən sərt olduğu o küçələrlə Prezident aparatının arxasına,ordan da piyada İçərişəhərə düşdük anamla.Ədəbiyyat muzeyinin yanında da yaxşı dostları gördüm.Tarix dəyişir.

(p.s.Habil Əliyev öləndə məncə Şəhidlər xiyabanında dəfn etsinlər.Ya da kamançaya heykəl qoysunlar .23 ildi çox dəyişən oldu , bir o kamanın səsindən başqa.Arada repertuarı dəyişin.)

Kim necə başa düşmək istəyir düşsün.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma