növ cavan

Yazacaqlarımın başlıqla yaxından uzaqdan qan bağı yoxdu. Bunu bilmək və yenə də bu başlığı seçmək xoşuma gəlir. Bakı ilə hal -hazırda olduğum şəhər arasında 3406 km məsafə var. A nöqtəsində mənəm, B nöqtəsində anam. 1 neçə saat öncə telefonda danışdıq,evdə tək idi və darıxmışdı. 3 həftə ərzində gördüyüm şəhərlərlə Bakını müqayisə etməyəcəm. Bəli ,Bakı onların yanında yaşanılmayacaq şəhərdi .Bunu qeyd etməmək korluq əlaməti olar.Bunun çox səbəbləri var.Şəhərləri yaşanılacaq yerlərə çevirən insanlardı,bizdə ya o insanlar yoxdu ,ya da o insanların başı daha vacib işlərə qarışıb.

Həyatından narazısan , hər gün qəhvəyi oturacaqda oturmaq yorub səni,narıncı rəngə boya , üzünü dəyiş .Pulum yoxdu deyirsən ,eşidirəm. O zaman yerdə otur .Onurğana da faydası olar .1 oturacaqla 2 quş vurarsan .Mövzudan uzaqlaşmadım,buralardayam.Uzun sözün qısası bəsdi siz o əzizlərinizin canı ,bəsdi.. Şikayət etməyin, nələrisə dəyişməyə çalışın.Şəxsi təcrübəmə əsaslanıb deyirəm,şikayət etmək heç nəyi dəyişmir,sadəcə yerində sayırsan . O saymaqla da nobel almaq olmur.Çünki riyaziyyatçılara nobel vermirlər.

Hər kəs nobel almalıdı kimi bir qanun da yoxdu,guya qanun olsa o dəqiqə tabe olanlardansınız və ya öz adıma danışım olanlardanıq.Cəm şəkilçisi ,çünki B nöqtəsində olan insanlarla eyni ailədən olmağın fərqini buradakı qanunlara tez öyrəşəndə hiss etdim.

Heydər Əliyev adına hava limanında fikirləşmişdim bura gələndə yazaram gördüklərim haqqında , indi qayıtmağıma 1 həftə qalıb və heç nə yazmamışam . Dünən xəstəxanada vətəndaşı olduğum ölkənin Zərifə Əliyeva adına göz klinikası haqqında danışırdım professor gülümsədi . Belə əziz və hörmətli həmvətənlərim  vətən dedikləri yer 1-2 ədəd doğma insanın olduğu yerdi bəlkə də. Amma insanlar var bankada gəldiyi yerin torpağını saxlayır.

Türklər demiş “esen kalın“ .Bakıda külək çox olan vaxtlar anamın cavanlığına təsadüf edir . http://www.youtube.com/watch?v=-r67lNV09K8 Bizim Müslüm babanın doğulduğu günmüş.

Sabah A nöqtəsi ilə B nöqtəsi arasında məsafə 3489 km olacaq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma