maşın- maşın Avropa

Əgər oxuyursuzsa ,öncədən vaxtınızı aldığım üçün və müvəqqəti narahatçılığa görə Bakı şəhər icra hakimiyyətinin adından da üzr istəyirəm.

Bakıya Avropa gəlir ,Azərbaycana yox məhz Bakıya. Otellər, söküntülər,tikililər, art festivallar, bağlanan yollar, intelektual nəqliyyat sistemi, London taksiləri, “Light  your fire “ yazılı avtobuslar  və s. və ilaxır özünüz hər gün küçələrə  çıxırsınızsa ki,düşünürəm 2-3 gündü bir xeyli əhli həmyerlilərim bayram, festival nə bilim nəsə deyib Abutalıbov demiş Bakımızı, şəhərimizi gəzməyə ,görməyə çıxıb. Hələ hava balonlarında da uçublar .

Keçim əsas məsələyə.

Bu gün İçərişəhərdəki “Təndir“də səhər yeməyi etmək üçün Sabir bağı ilə üzü aşağı düşürdüm ki,gördüm qarşıdan 4 kişi və 1 qadın cinsinə aid şortikli turist gəlir. Ora-bura baxıb gülürdülər, beyinlərindən nə keçdiyini , gülmə səbəblərində nə gizli olduğunu araşdırmağa çalışırdım ki, qəflət yuxusundan 5-6 Azərbaycan xanımının ürəkdən gülərək dediyi cümlə oyatdı. “Az canımçün mən də yayda Şəkiyə belə gedəcəm. Nəyimiz əksikdi bunlardan . Şortiki geyinib deyəcəm Eurovisondan gəlirəm“.

O xalaların nəyi əksik nəyi artıqdı bilmirəm, amma artıq əminəm ki, Eurovisonun ardınca Bakıya gələn Avropanın bu xalqa yaxşı ya pis əməlli başlı təsiri olacaq və ya artıq olub.

Bunun ardınca əla səhər yeməyi yedim, isti təndir ,qaymaq, pendir, yağ ,bal Bakının tam göbəyində dəyişik hisslər yaşadım. Yemək ərzində turistlər gəlirdi maşınlarla, azad , həyatın dadı doyunca hiss edərək yaşayan şortikli avropalılar.

Baku-Istanbul dream yazmışdı biri maşınına 🙂

xalq təhsilli olsa, bir az öz üzərində işləsə Bakı da yaşanılacaq yerdi . Bu gün isti təndiri yeyəndə , tox qarına araşdırdım. Torpağı,Vətən edən insanlardı. Dəyişin bir az nolar ki?!

Belə,statın sonu .Bakıya Eurovision və ardınca maşın- maşın Avropa gəlir.Ümid edək ki, Avropanın maşınından narkotika çıxartmasınlar 🙂

maşınlardan biri ))

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma