Gülən insanların ölümü

Bir neçə saat əvvəl uşaqlıqdan bu yana bir neçə dəfə gördüyüm və nadir çox sevdiyim insanlardan biri dünyasını dəyişib. Ölümlərə ağlamaq ümumiyyətlə ağlamaq çətindir mənim üçün. Hər baş verənə, filmlərə, mahnılara ağlayan insanlardan olmaq bəlkə də xoşbəxtlikdir. Bütün mənfi enerjini atırsan,stress qalmır.Ürək əzələlərində daha sağlam qalır.

“Ölüm haqqdır “ kimi bir fikir var.Hələ əgər 70 yaş yaşamısansa ölümündən sonra bu sözü çox ağızdan eşidirsən. Bəli, Məhəmməd babanın tam 70 yaşı vardı. O mənim üçün nənəmin sağlığında demək olar ki, hər yay gördüyüm , maraqla danışdıqlarına qulaq asdığım, başımı sığallayan hər kəsin Mamed dediyi nənəmin qardaşı idi. Sonuncu dəfə uzun aradan sonra keçən il gəlmişdi Bakıya.Saçı ağ idi artıq, o da qocalmışdı. Amma yenə əvvəlki kimi hamı ilə zarafat edir, uşaqlarla gənclərlə söhbət edirdi. Var dünyada elə adamlar ki, onlar sənin üçün heç vaxt qocalmır.

Müharibəyə,düşmən deyilən məhvuma nifrət etdiyim anlardan biri də bu gündü. O müstəqillikdən bu günə kimi Qazaxıstanda yaşayırdı.Səbəb isə gənc yaşlarında Çeçenistanda sevdiyi və ailə qurduğu erməni xanımı idi.O xanım ki, türklə evləndiyi üçün  ömrünün sonuna kimi atası ilə danışmayıb .

Və bir neçə saat əvvəl telefonun o biri başından ağlayaraq “ Мамед УМЕР“ deyən xanım o qədər içdən ağlayırdı ki, o anda nə düşmən vardı, nə türk, nə erməni , nə müsəlman, nə xristian.İnsan vardı.

İnsanlar müəyyən seçimlər edir və illər sonra etdiklərinə peşman da olurlar bəzən. Sonuncu dəfə telefonla danışanda “Uzaqda darıxıram.Heç kimdən də xəbərim olmur“ demişdi.

Ölüm adama ən ağır silləni vuran yeganə təbiət hadisəsidi. Bundan sonra dedikləri kimi dünya dağıla da bilər, uzun illər yaşaya da bilərəm. Amma hər yaya nə nənəmi görəcəm, nə də onun həsrətlə uzaqdan gələcəyini gözlədiyi qardaşı.Qohumluq bağlarına çox önəm vermirəm,amma Mamed baba qohumdan ötə insan idi. Məsafələr, uzaqlar, ölümlər , ayrılıqlar məhv etmir  insanı, insan insanı məhv edir. Düşmənlər,müharibələr, incikliklər.

Salam Mamed baba. Sənin kimi gülən qocalardan biri də bu gün getdi.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma