Bakıda, ölmüş balıqların
uzaq sahillərində
yaşıl gözlü qocadan
tək fərqin gözlərinin rəngidi.

hər gün eyni saatda günəş batar,
külək əsər bu şəhərdə.
yalnızlara şəhərin fərqi olmaz.
insanın fərqi olar.

dünyanın ən uzaq nöqtəsində
kimdənsə şərqdəsən,
kimdənsə qərbdə.

Coğrafiyanın mərkəzini itirib
çökəklikdə batmağın həzzini ,
məktəblinin əzbərində eşitdiyin
Sakit okeanda axtarırsan.

kürənin şərqi ya qərbi
Harda olmağın yox,
kimlə olmağın fərqi
qocanın yaşıl gözlərindədi.

dünyanın ən uzaq nöqtəsində
kimdənsə şərqdəsən,
kimdənsə qərbdə.Image

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma