vardır belə adamlar

Yazmaq kimi bir bacarığın varsa və ya çoxları sənin yazmağı bacardığını düşünürsə, zamanla yazmağı doğrudan da bacardığına özün də inanırsan.Bir də bu insanların içində səmimi hesab etdiklərin olur. Onlar nə düşünürlərsə mövzünün qırmızı xəttində , içdiyin çayın tam ortasında elə bir söz deyirlər ki, udqunmağı unudur adam. Yazının bundan sonrasını oxumasas da olar. Çünki , 5-6 belə yazı yazmaq kimi bir fikrim var. Və haqqında danışacağım adamdan başqa bəlkə də söhbətin kimdən getdiyini başa düşən olmayacaq. Amma hər birinizin ətrafında ola bilər,olmaya da bilər. Çünki əminəm ki, o adamlardan dünyada az olur. Bu onların mükəmməlliklərində irəli gəlmir,yəni onlar səhərin ən aydın çağı , meşənin ən sıx hissəsi kimi sifətin çoxalatma dərəcəsində deyillər. Onların dərəcəsi yoxdu. Yazının bu hissəsinə çatan da , onun gözündən şübhə hissini görə bilənlərdən olmaq lazımdı ki, icazənizlə görməyi bacaran adam özüm olum. Artıq həm yazmağı bacarmışlardanam, bir də görməyi bacaranlardan oldum. Cümləni oxuyub, çiyninin hərəkətini qarşısındakı kompyuterdən başqa yəqin ki, heç kim görməyəcək.

Çox uzatmayım . Deyilənə görə,şeir də yaza bilirəm. 🙂 Və bu səbəbdən ona şeir yazacaqdım. Amma yaza bilmədim. Təsvir edəcək qədər istedadlı deyiləm yəqin. Sizin heç elə bir dostunuz olubmu ki, yanında bütün ciddiyətinizi unudub, bağcada palcıqla üz-gözünü batıran uşaq ədası ilə hərəkət edəsiniz. Ya da dost olmasın , dost ağır məsuliyyətdi. Tanış, yol yoldaşı, yemək yoldaşı, gülüş yoldaşı, dərd yoldaşı ( p.s. dərdimiz dünya qədərdir 😀 ), qədəh yoldaşı (p.s. o içir siz baxırsız kimi bir mənzərə). Günlük yaşam yoldaşı.Bildiyiniz oksigen kimi. Və bir gün o oksigen bitə bilər təbiidir.

Oxuduğu kitabları üst-üstə yığsa boyundan hündür olar. Bəzən ən dişisindən bir qadın olur, bəzən isə maşın yolunu keçərkən alma dişləməsinin səsi siqnalların səsinə qarışan uşaq.

Hər an , hər kəsi döyə bilər kimisindən hadisələrə qarşı reaksiyası var ki, o zaman da adamın gözünün qarşısında filmə baxdığı yerdə gecdi get yat deyən ataya cavab qaytaran yeniyetmə gəlir dayanır.

Həyacan hissi tanışdı hər halda sizə.Uzağı mədə ağrıyar, sanki bir quzu yemiş kimi  hiss olar adamda. Ətrafındakılar böyüyər saniyələr keçdikcə və.s və ilaxır . buna bənzər hisslər yaşayar adam. Amma onun boğazı qızarar, həyacanlananda. Ciddiləşər, gülüşü dəyişər.

Bu onun siz görə biləcəyiniz üzüdü.“ Hey You “ qanına alkoqal qarışdımı ucar,ucar məsələn, İspaniyada hansısa küçədə şəkil çəkər. Və sən kənardan onun xəyallarının rəsmini çəkrsən. Alkoqolun dozası artdıqca, sevdiklərinə qarşı sevgisində dozası artar. Öpər məsələn. Kiminin əlindən, kiminin üzündən. Qucaqlayar. “ adamlar qucaqlaşanda daha çox istəyirlərmiş bir-birlərini, hansısa kitabda yazılıbki bunun səbəbi hansısa hormondur.“ Məsələn,belə suallar verə bilər sənə.

Sözlərlə oyanayar, bir az tanısan nə demək istədiyini anlayarsan. O “canım ,cicim “tiplərdən deyil.Süni deyil dedikləri . Çünki o mükəmməl deyil. Eyni mənim kimi və haqqında yazacağım digər bir neçə adam kimi. Onların heç birini “tanımıram. “ Belə daha maraqlıdı həyat.

“Adamı tanımaq üçün onunla yaşamaq lazımdı“ sevirəm bu fikri. Ucqar kəndə gecə caqqalların səsindən qorxa -qorxa nərd oynayıb hələ də gülürsüzsə, yağış yağır “islanmaq maraqlı olar“deyib Bakının palçıqlı küçələrində gəzirsizsə, dünya da olan nə varsa hamsından danışa bilirsizsə ,gecə yatıb,səhr oyananda yerində olmadığını sanıb onu axtarırsızsa və birdən yorğanı başına çəkib yatdığını ilk dəfə onda öyrənirsizsə, bananlarla, yaylaqdan gələn yorğan -döşəklə, bir maşında gəzirsizsə, ortaq dostlarınız varsa eyni sizin kimi mükəmməl olmayan. O zaman siz bir -birinizi tanımırsız demək ki. Tam olaraq tanımağa çalışmayın adamları. Uzaq və bir o qədər də yaxın olmaq , daha maraqlıdı. Dilimizdə sevdiyim sözlərdən biri -maraqlıdı. Maraqlı sözdü 🙂

Onlar adam olmağı bacaranlardandı. Hər nə qədər adam ola bildiklərini düşünməsələrdə.

Çünki, mükəmməl olmadıqlarını bilirlər. Ya da mənə elə gəlir.

Bəyənməsən yazdığımı öpəcəm səni . 🙂 Sən onsuzda çox öpmüsən.

“-Çox istəyirəm səni Lamiyə .

-Niyə ?

-Nəm,loxsan .Səmimisən. Nəm e çox istəyirəm“

(p.s. bu cümlələrdən sonra hələ biri də var çox istəmə səbəbini deyən. O adamı da çox istəyirəm mən. Onlar bir gün bu vaxtlarda, Black to Black oxuya -oxuya İspaniyaya səyahət edirdilər 😀

 

Ardı var.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma