Kitab oxumayın

Bu həftə bloglarda “kitab həftəsi“ idi. Rastıma çıxdıqca yazılanları oxuyurdum. Bəzən oxuduğum kitablardan da yazanlar olurdu. Kitab oxuyan və özünün də kitabı olan  biri kimi  gec də olsa son aylarda oxuduğum kitablardan yazmaq istədim. Bu aralar demək olar ki, dünya ədəbiyyatı oxumağa çalışıram. Amma bu o demək deyil ki ,yazarlarımızı bəyənmirəm və.s. Bir dəfə də olsun son dövr yerli ədəbiyyat nümunələri ilə tanış olmayan adamlar var , bəyənmədiklərini iddia edirlər yeni yazarları. Sözüm onlaradı.Öncə alın oxuyun ,sonra fikirləriniz bildirin. Deyirsiz ki, kitablar bahadı.

O gün bulvarda atraksionun birinə 2 manat vermişdim . O atraksiona minmək üçün növbə gözləyən adamların hərəsi bir kitab ala bilərlər mənə elə gəlir.:)

Nə isə “kitab bahadır “  bəhanədir.

Ədəbiyyatımızın inkişafını istəyən hər kəs yazarlara bu yolda ən azı mənəvi dəstək olmalıdı. Yazımda oxuduğum və bəyəndiyim bir neçə son dövr yazarlarımızın kitablarının fotolarını yerləşdirəcəm.( ancaq bəzi kitablar vardı ki, sadəcə vaxt itkisi hesab edirəm onu oxumağımı.) Ona görə də,yalnız bəyəndiklərimi yerləşdirirəm.Tanıyın, kitab mağazalarına getməsəz də, əminəm ki Park Bulvara yolunuz düşür .Orda birinci mərtəbədə bu üz qabıqlı kitabları alıb oxuyun. Oxumaya da bilərsiz. Heç olmasa babam demiş :Sovetin vaxtında alıb rəfə dəb üçün yığırdıq .

Başladıq.

Seymur Baycandan-“Quqark “ı oxumaq lazımdı.“ət və ət məhsulları“nı istəsəz oxuyun.Oxumayada bilərsiz .

Əli Əkbərdən “93-Tanrıların qürubu“, “Mən Əclafam`.Hər ikisi oxunmalılardandı.

İlqar Fəhmidən-“bakı tarixindən kollaj“  köhnə Bakı üçün darıxanlara,bir də özünün hədiyyə etdiyi “aktrisa“ kitabı.

Nərmin Kamaldan -“Aç mənəm“ . Maraqlı kitab idi. Son dövr oxuduğum qadın yazarlarımızdan yeganə bəyəndiyim deyə bilərəm.Nərmin Kamalın şeirləri də var.

Hal-hazırda da Elçin Hüseynbəylinin “Don Juan“ romanını oxuyuram. Oruc Bəy Bayatın həyatı özü başdan sona maraqlıdı onsuzda.

Şeir sevənlərə isə gənclərdən birinci Aqşin Yeniseyi  oxumaq pis olmaz. Adam yazır.Xəqani Has ( amma hər kəs bəyənməyə bilər).Əli Xəyyam ,Kənan Oganın da maraqlı şeirləri var.

Orhan Aipı iəs yalnız internetdən oxuyuram. Yəni kitabı varmı yoxmu bilmirəm.

Bu da kitabım. İstəsəz “addım“ı da vərəqləyərsiz.

Oxuyun dedilər, oxuyan olmadı..Bəlkə oxumayın desək acığa oxuyan olar  😀

Advertisements

Kitab oxumayın” üçün 2 cavab

  1. Salam.mən,dr.Rasim Məhərrəmov.Sizin bu təşəbbüsünüzü alqışlayıram.Düşünürəm ki,bu günə qədər başımıza nə gəlibsə bunlara savadsızlığımız səbəb olub.Dahi satiriklərimizin,yazıçılarımızın 10 illər bundan öncə əks etdirdiyi problemlər,insan qavramı indidə aktuallığını saxlamaqdadır.Deməli zaman dəyişib,biz yox.Təhsil almaq və inkşaf etmək,kitab oxumaqdan başlar!.
    Yorulmayasınız…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma