#vardırburdadabiramores

Bir xeyli vaxt olar ki, yazmıram.Yazmağa mövzü olmayanda həvəs olur. Yazılacaqlar tökülüb qalanda da həvəs olmur yazmağa.Bir həftə bundan əvvəl elə bu saatlarda Azərbaycanın qərb rayonlarından hansında olduğumu dəqiq xatırlamıram. Çünki oradan qayıdandan bəri vaxt anlayışım itib. Nə ayın tarixini bilirəm, nə də zamanı. Ehtiyac olmadığı müddətcə saata baxmıram hətta.Günəşlə işliyirəm. Hava qaraldı.Səhər acıldı və .s.  və. ilaxır. 🙂

Ən son oxuduğum kitab isə Balzakın “İfritə“si olub. Bir aya yaxındı kitab da oxumuram…:) Olur adam da belə hallar. Bu arada iki şeir yaza bilmişəm..O da nə zaman oldu yadımda deyil .:)

Qərb gəzintisi ilə bağlı Aliyə Mehdi fotoları verəndən sonra bir-iki cümlə yazmaq fikrim var. Səməd Vurğuna ilham verən Göyəzəni də gördüm. Ermənilərlə sərhəd kəndə əsgərlərin yanına da getdim. Tovuzda alaçıqda  kəklikotu və adını bilmədiyim bir neçə çiçəyin qarışığı olan çay içdim.Bütün bunlarla yanaşı ilk kitabım  “addım“ da təqdimatı oldu.

Dünya isə fırlanmağa davam edir.

Yuxarıda yazdıqlarım bir qırağa …

Bütün ayı Bülent Ortaçgilin adamı uçurdan səsi ilə keçirtmişəm desəm yalan olmaz …:)

Amma vardır burda da bir amores efendiler 🙂 ❤ Bəlkə də beynimdə kəpənəklər uçur, ya göylərə yağış yağıb, və ya oxuduğum kitablar dönüb ağac olublar. Ola bilər…:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma