yan otağın səsi

bir sabah oyanarsan gecəni gecələmədən ,

bu şəhərə gecikmiş yağışın səsinə.

İlk tapdığın kitabı oxumaq gəlməz içindən

Ünvanlı məktublarından hər hansı birini

Oxuduqca qəhvə qoxusu yayılar

Tək tanış  səsin

Yan otaqdan gələn

pişik və kontrabas səsi

Olduğu otağa.

Qadın kontrabasa, bir az da pişiyə bənzər.

Divarlar  səsə əngəl deyil ki,

Səsinə toxunuram,

Gecənin səhərə toxunduğu an alınan rəng

Var xəyalımda.

Görmək üçün səsinin rəngini

Bir sabah gecəni gecələmədən

Bu şəhərə gecikmiş yağışın səsinə

oyanacağım günü gözləyirəm.

Yan otaqdan gələn kontrabasın səsində.

22 iyul 2011

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma