addım

“hər gün şənbədi.bütün yollar şənbəyə aparır. “ Bu həftəsonu -ayın 23-ü ilk kitabım olan “addım“ın təqdimatıdı.Həyəcanlıyam desəm də,deməsəm də yalan olar. Onsuzda bu aralar özümü çaydan dənizə ,dənizdən də okeana doğru üzən balaca balıq kimi hiss edirəm.Gedib okeanda delfinle birgə üzmək və yenidən geri dönmək çay balıqlarının yanına.

 ilk kitabımın üz qabığı.Kitabdakı fotoların müəllifi,çoxlu kitab oxumaq və yaxşı ayaqqabıya sahib olmaq nəticədə əla şəkillərin alınmasına səbəb olur prinsipi ilə yaşayanlardan olan yaxın adamlardan biridir. Bir az kitab haqqında yazmaq istiyirəm.Ancaq nəyi necə yazım, haradan başlayım bilmirəm. Elə-belə yazırdım .3 ildən çox müddət olar. Bir dəfə dostumgildə darçınlı çay içə-içə söhbət edirdik. Kitab çıxart kimi bir cümlə dedi ,tam yadımda deyil. 🙂  O an aldığımız qərar bu gün gördüyünüz “addım“ın ərsəyə gəlməsində atdığımız ilk addım oldu. İlk öncə kitabı ağ fikirləşmişdik.Uşağına ad tapana kimi 9 ay ərzində bütün adları axtaran valideynlər kimi. Kitab çapa verilənə qədər min fikrə düşdüm. Və sonda qırmızı rəngdə,“addım“ alındı.Niyə qırmızı? Niyə addım?  bunu zamanla yazaram.  Odərə də şeirə görə təşəkkür. Onunla bir saat  söhbət etmək insana günlərlə çardaqdan tapdığın kitabı təkrar -təkrar oxumaq qədər maraqlı gəlir.

“sən özün bir sultan şeir,

sənin şeir yazmağında,

şeirin şeir yazmağı tək “.V.B.Odər.

Advertisements

addım” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma