1989-cu ilin qışı idi. Bu il qış nədənsə gözlədiyimizdən də çox sərt keçirdi. Sanki qış özü bizlərin düşməninə çevrilmişdi.Yadımdadı qonşudadkı kişilər havanın belə soyuq olmasından təəccübləndiyini bildirir, bunu Allahın bizlərə qəzəbi kimi qiymətləndirirdilər. Düzdü mən o zamanlar Allahın nə olduğunu niyə hamının tez-tez onun adını çəkdiyini bilməsəm də qəribə bir bağlılıq hiss edirdim o kişiyə (Hamı ona kişi diyə müraciət edirdi)

Qapı döyüləndə hamımız diksindik, hütələk qapıya yaxınlaşan anam atanızdır deyə bizi sakitləşdirdi. hər gün yeni xəbərlərlə gələn atamın əslində mənim gözümdə hər gün Aztv-dən danışan kişidən fərqi onun qarşımda danışması idi, məhz buna görədə səbrsizliklə onun nə deyəcəyini gözləyirdik. yenə də heç bir maraqlı xəbər eşitmədiyimdən, fikrimi başqa yönə sabah nə edəcəyimə yönəltdim.

-A kişi bəsdi sən Allah ruslar bizə imkan verməz, deyə anam atamıən sözünü kəsdiyində, Atam gözlərini dörd açıb anaçmın üstünə qışqıraraq bu sözləri dedi Azərbaycan Xalq Cəbhəsinin Sədri bizim Bəyimiz Elçi Bəy dedi ki, biz Azad, Müstəqil və Demokratik olacağıq.

-Bu saydıqlarının nə oldğunu bəydən başqa heç kim bilmir, deyərək anam atamın sözünü kəsdi və mənim Əbülfəz Elçibəylə tanışlığım məhz bu dialoqdan sonra başladı.

Bu gün onun doğum günüdür, biz onun doğum gününü qeyd edə bilmirik daha doğrusu etmirik, hətta o zamanlar Bəyin dediklərini özünə yol seçmiş, onu öndəri lideri seçmiş atam belə nədənsə bugünü və bu adı xatırlamaq istəımir. Mən xatırlayıram çünki onunla bağlı mənlə yaşayan xatirələrim var….

Allah Rəhmət eləsin Bəy….

Advertisements

” üçün bir cavab

  1. 11.1998
    “…fağır bir prezident tapmışdınız, sağdan da döşüyürdünüz, soldan da döşüyürdünüz, kef eliyirdiniz e…azad və demokratik cəmiyyət yaranır, mən də buna sevinirdim.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma