Hər gün bayramdı.

Deyirlər bu gün qurtuluş günüdür.İndi elə bir dövrdə yaşayırıq ki, hərə bir günü bayram kimi qeyd edir. Mənim üçün də bu gün “Yemək“ günüdü.

Yemək yemək qədər də , bişirməyi sevirəm.Ancaq yemək kitablarından yox.Beynimdəki “yemək kitabından“.Yemək bişirmək sənətdir.Sevgi, hövsələ tələb edir adamdan.Ən böyük arzularım sırasında, gələcəkdə yalnız mənim reseptlərimlə bişirilən yeməklərin olduğu, dəniz kənarında bir yer acmaq da var.Ənənəvi dədə -baba plovu bişirə bilmirəm.Daha doğrusu onu bişirmək maraqlı gəlmir.

3 gün sonra imtahanım var.Stress atmağın ən yaxşı yolu isə sevdiyim işlə məşğul olmaqdı.Yemək bişirmək qərarına gəldim.Özümə şorba bişirdim .

Ad fikirləşirəm tapa bilmirəm hələki şorbama.Tərəvəzlər insanlar kimi küsəyən olurlar.Hər biri ayrı diqqət tələb edir.

Hər birinin bişmə müddəti fərqlidi.Şorbama birinci kartofu atsam,sonra badımcanı ayrı dad olur .İstədiyim dadı əldə edə bilmirəm.

Ən həssası kökdü.

Şorbama qatdıqlarımı yazım.Bəlkə təsadüfən kiminsə “ürəyi “ şorba istəsə və yolu blogumdan keçsə bişirib yesin.

Qatdıqlarım:

Soğan -1 dənə

Pomidor-3 dənə

Şirin Bibər-1 dənə

Acı bibər-1 dənə

Badımcan -1 dənə

Sarımsaq-3 diş

Kök-2 dənə

Kartof -3 dənə

Ət yeyənlər ət də əlavə edə bilər.

İstəyən bir az düyü və ya xırda makaron əlavə etsin.( makaronla etdim bu gün.)

Zövqə görə Zeytun və ya Kərə yağı. ( əsasən zeytun yağı istifadə edirəm.)

Duz ,istiot.

Yeyərkən nanə qurusu və üzüm sirkə əlavə edirəm.

30 dəqiqəyə hazır olur.

O ki, qaldı tərəvəzlərin dilinə, onu da özünüz seçin.Hər kəsin seçmək hüququ var.Nəyin doğru ,nəyin isə yalnış olduğunu özümüz seçirik.:))

Nuş olsun !

Eşq olsun!:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma