t=S/v

Zaman keçirsə yol qəth edirik demək ki…Fizikadan ən tez əzbərlədiyim düstur t=S/v olub.Bu düsturu bilməklə çoxlu məsələ həll etmək olurdu.Abdullayevin fizikadan məsələlər kitabının  çox məsələlərini bu düsturun köməyi ilə edib, vaxtında 5 almışam…Hətta qəbul imtahanında da Fizikadan hamsını yazmışdım.Qəbul imtahanın da 5 fənndən bir Fizikanı sevirdim ❤

Fizikadan yazmalı deyildim.Yenə qaçdı yazının ipi əlimdən.

Zamana səyahət etmək qorxusu var içimdə,bir neçə aydı 2-ci dünya müharibəsinə aid əsgər məktubları stolumun üstündən mənə baxır,ancaq oxuya bilmirəm.Və oxumalı olduğum 5 kitab.Sevirəm 5 rəqəmini<3

Yol və zaman anlayışı sürətimiz olduğu müddətcə mövcuddur.

Zamana səyahət etməkdə qorxum bəlkə də, o zamana aid olmamaqdan irəli gəlir.Sürətsiz,yolsuz olmaq qorxuducudur.Bir yerdə dayanmaq, varlığı ilə yoxluğu arasında heç bir fərq olmayan insanlardan olmaq qorxuducudur.Sevmədiklərim arasında ən birinci yeri tək qalmaq tutur.Zamana qoşulub addımladığınız yolda, sürətləndiyiniz an tək olduğunuzu bilmək ən böyük qorxudur mənim üçün.O qorxunu nə zamansa yaşamayacağıma inanıram və ya inanmaq istəyirəm..Zaman və məkan fərqinə baxmayaraq o məktublar bu gün mənim otağımdadı.Sadə qələmlə yazılıb əksəriyyəti və bu qədər zaman keçməsinə baxmayaraq yazılan heç bir söz silinməyib…

Nə bilim, yolsuz , sürətsiz və zamansız olmayaq…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma