Azərbaycansayağı Eurovision

Yazım yazmayım deyə fikriləşə- fikirləşə sonda yazmaq qərarına gəldim.Hər halda Eurovision haqqında yazmamaq olmur.Çünki anıdən 1 gün içində ölkədə insanlar necə canlanıblarsa dünəndən elə bilirəm kinoya baxıram.İndi bitəcək.Bitməyinə bitəcək…1 il sonra , ya da 1-2 gün sonra dəqiq bilmirəm..Burda çalınır  “Nanay Nanay Nay-nanay Nay-nanay“.

Təşəkkür edirəm Nigara da,Eldara da…Çox sağ olsunlar bu sevinci yaşatdıqlarına görə.Olmayan yerdə bu da bir səbəbdi sevinməyə.Baş verənləri sadəcə seyr etmək özü belə maraqlı idi.Bəlkə də bu ilki Eurovisionda olanlar bir daha təkrarlanmayacaq.Sevinənlər və sevinməyənlər oldu.Hər kəsi başa düşmək olur.Sevinməyə haqqım vardı ,Azərbaycan vətənimdi.Onun adının səslənməsi,hal-hazırda bu kiçik ölkəni xəritədə axtaranların sayının artması və s.və .ilaxır.Biz nə qədər desək də, bu torpağın övladlarıyıq.İnsanı üzən isə bu uğuru İqdidarın uğuru kimi qələmə verənlərin çox olmasıdı.Əzizlərim bu nə müxalif insanların məğlubiyyəti ,nədə ki İqdidarın qələbəsi deyil.Bu seçkilər deyil, Qarabağı qaytarmamışıq.Sevinməyi də bacarmaq lazımdı.Ancaq belə yox bu xalqa öncə mədəniyyət öyrətmək lazımdı.Dünən şəhərdə olanlar və sosial şəbəkələrdə baş verənlərdən sonra bir daha istisnalar qaydanı pozmur fikrinin doğru olduğunu gördüm.Bizə Eurovision yaraşmır Taylı tayını tapar .“Eurovision 2012-de turist qiz tutmaq isteyenler xD“ adında sehifə açdılar, bunun qarşılığında hörmətli Tükəzbanlarımız da Novruzəlilərin Sonyalara açdıqları səhifəyə cavab “Eurovision 2012-de turist oğlan tutmaq isteyenler xD“  adında səhifə açdılar .Busuz da sevinci belə kişi kimi yaşaya bilmirsiz.Bir də əsas  hadisə Nigarın Türkiyə bayrağı ilə səhnəyə çıxması oldu.O ana kimi çox maraqlı fikirlər səslənirdi Türkiyə türkləri tərəfindən..O bayrağı orda görəndən sonra  anidən bizi yenidən sevməyə başladılar.“Avropanı fəth emişikmiş…Viva La Turan“ yazmaq istərdim.Millətimi sevirəm..Ancaq pisini demək lazımdı .Bütün gün Mentalitetdən danışan “igid“lərimiz AZADLIQ meydanın da Könül istərdi bunlar olmasın amma oldu…Bəli bütün bunlar olanda mən seyr edirdim sadəcə bu laqeydlik ola bilər.Adına nə deyirsiz deyin.

Vətənimi də,Millətimi də sevirəm.(p.s. amma yaxşılarını…pisi mənlik deyil).Hər kəsi də təbrik edirəm..2012 çox maraqlı il  olacaq,Ermənilərsiz Dünyada yaşasaq bəlkə də biz hər zaman qalib ola bilərdik…Çox heyflər ki, biz hələ də bütün mübarizəmizi onlarla aparırıq.Mənim rəqibim onlar deyil.Kim onları özünə rəqib bilirsə o ayrı məsələ.Rəqibim daha güclü olmalıdı.Və bu fikrimində doğru olduğunu dünən gördüm.Onlar olmayan daha güclü rəqiblərə qalib gəldik.Sevirəm sizi uşaqlar…Uğurlarımızın ardı gəlsin. Ölkədə çox probləmlər var, bunu görməyənlər,görüb görməməzlikdən gələnlər  daha çoxdu.Onlarla mübarizə aparmaq hər birimizn borcudu.Ancaq  adam kimi sevinə bilərik…A kişi sevinirəm..:) sevinirəm….kim neyliyir özü bilər.Mən sevinirəm…Bilirəm gələn il pullar yenə göyə uçacaq, turistlərdən pul qazanacaqlar,bəlkə də Avropaya biyabır olacıq 2 həftə ərzində…özləri bilər.Mən öz adıma sevinirəm…Və ümid edirəm Ermənilər bura gəlməkdən imtina edərlər,çünki Onlar Bakıda qalib olsalar o zaman AZADLIQ meydanında nələr olacaq onun xəyalı belə pisdi..Bitdi Eurovision …bu Ermənistan üzərində Qələbə deyil ancaq bunu unutmayın.Hər söhbətə erməniləri ortalığa atanların nəzərinə, Tv-də deyildiyi kimi “şəhidlərin qanı yerdə qalmadı“  da deyil…Qaldı..Bu Musiqi yarışmasıdı…Musiqi..Və biz musiqi yarışmasında qalib gəlmişik.İstərdim öz bəstəkarlarımızın da akademik bilikləri yüksək olsun və onlar “toy “mahnıları yox  gözəl əsərlər yaratsınlar üzümüzə gələn illərdə başqalarına ehtiyac olmasın…Pulumuzda cibimizdə qalsın….

“Asiyaya yaxın olan ölkə“, kitablarda yazırlar kı, Biz Qərbin  Şərqə,Şərqin Qərbə qapısıyıq…İnanıram ki, Avropadan ən yaxşı dəyərləri öyrənəcəyik yəni mən buna çalışıram..Başqaları özü bilər belədəki….:)

Advertisements

Azərbaycansayağı Eurovision” üçün 2 cavab

  1. Geri bildiriş: Azerbaijan: Opinion divided over Eurovision win · Global Voices

  2. Geri bildiriş: Azerbaijan: Bloggers Divided Over Eurovision Win | Sao-Paulo news

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma