Qız oğlana sevdiyini deməz!

Təbiət etibarı ilə,deyilənə görə birinci oğlan (kişi) deməli imiş sevdiyini qıza(qadına).Yox əgər birinci qız təklif edərsə, sevgili olsalar belə necə olursa dava eliyən də , sözləri üst-üstə düşməyən də  oğlan tərəfindən 1-2 aydan,2-3 ildən  bir bu hadisə yada salınar ki, bəs özün yalvarmışdın…:)  Hələ bir də bundan evdəkilərin də xəbəri varsa, evləndikdən sonra gələn-gedən el dili ilə desək başına çırpacaq ki, qız heç oğlana sevdiyini deyər.Bu birinci deyib ,nə bilim nə…və s.və ilaxır.

Deməli, bu teatrın üzdə olan hissəsidi…Qəribəsi odu ki,sevdiyini deyən qıza pis baxan (p.s. pisin son vaxtlar yaxşı mənasını eşitmişəm,sən demə sifətin çoxaltma dərəcəsi kimi də işlətmək olur- Səni elə pis sevirəm:DD) insanlar,evlənmə təklifi edən qıza tərbiyəli deyirlər,ağıllı deyirlər…))

Adam baxır filmlərə,arada bir kitablarda da olur oğlan qıza evlənmə təklifi etmək üçün planlar qurur, dostlarından məsləhətlər alır..

Qeyri-adi nə isə edə bilməyən ,ən pis variantda( sifətin çoxaltma dərəcəsi deyil burda:)..)  simdən üzük düzəldir, yolda getdiyi yerdə əlini alır ovuçlarının arasına ,baxır gözlərini simi taxır  qızın barmağına, bir-iki dənə də kitablardan əzbərlədiyi Romantik sözlər deyir , qız da uzağı  fikirləşməliyəm kimi bir cavab verir.Olur Happy End:)

Bir də bu teatrın Azdrama versiyası var.Oğlana 5-6 ay naz eliyib, qoy bir az sürünsün prinsipi ilə yaşayan Azərbaycansayağı xanımlar.(p.s. hər kəs elə deyil , bunu mən də bilirəm:)..) (P.S.s.“Sən də Azərbaycan xanımısan niyə belə deyirsən kimi fikri kiminsə ağlından keçsə, xahiş edirəm,çox fikirləşməsinlər…:) Sevgili olduqdan 5-6 ay sonra, rəfiqələri ilə məsləhətləşirlər, evdə anaları da 1-2 dəyərli məsləhət verəndən sonra  başlayırlar 1 neçə gün oğlanla soyuq danışmağa.Uzun sorğu sualdan sonra aydın olur ki,“Qara qızın“ dərdi var…:) Cavab təqribi belə olur: “bizə nə vaxt gəlirsiz?“, oğlana söhbət çatnır…1-2 ay sonra   yeni bir cavab“Anam deyir fikri ciddisə elçi göndərsin, dost-tanış görsə deyək ki, vermişik“,oğlana yenə çatmır söhbət…Qız görür başqa variant yoxdu…1-2 aydan da sonra  bir səhər zəng eliyir ki, “axşam bizə elçi gəlirlər“ … Bu an söhbət oğlana gec də olsa çatır, “qəribim demir daha bu da oyunun bir hissəsidi“…..O andan oğlan ya qızdan ayrılır.Ya da evdəkiləri məcbur edir tələm-tələsik elçi gedirlər, vay qız evinin qapısında millət növbəyə dayanıb birdən verərlər başqasına…1 ildə nişanlı, bayram da xonça da gəlsin deyə…Sonra da toy:) Happy End…Sonra da deyirlər bizdə qızın birinci təklif etməsinə pis baxırlar…

“Sabah bizə elçi gələcək“ Azərbaycan sayağı evlənmə təklifi:) indi siz deyin, evlilik təklifini bizdə oğlan edir ya qız ?:)

statistikaya görə evlilik təklifini ölkəmizdə:

1.Ailələr edir-30%

2.Xanımlar edir-40 %:)

3.Bəylər edir-20%

4.ortaq qərarla hər iki tərəf -9%

5.Evlənmə təklifi etmir , almır- 1% (müşahidə statistikası, Britanya alimləri demiyib…:)

Belə mövzuları da oxuyanlar çox olur, bu da ayrı statistik məlumatdı)))

Advertisements

Qız oğlana sevdiyini deməz!” üçün 3 cavab

  1. no gender Discrimination:) Belədə ki, qız ya oğlan fərq etməz əsas odu əli ayağı düz olsun)) Müəllif hüquqları qorunur))

    yazdığımı özüm də like eləmişəm:D

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma