24 aprel

Anar Məmmədxanlı haqqında  nə isə verərlər ümudi ilə televizoru açdım.İlk ANS-ə çevirdim.Və qəribəsi odur ki,elə Mirşahin dəfndən danışırdı .Bu gün Anar Məmmədxanlı ilə bağlı əslində 10 Mayda yayımlanmalı olan verlişin  24 aprel tarixində  yayımlanacağını qeyd etdi…Ölüm zamanı qabağa çəkdi.Mirşahin bilmədən,bəlkə də bilərəkdən dediyi bir neçə cümləni düşünməyə dəyərdi.Hər zaman müdafiə etdiyim bir fikir var və hələki fikrimi dəyişəcəyim üfüqlər elədə yaxın deyil.Fikrimcə heç kimi itirmək yox,qazanmaq lazımdı.Bir köhnə dostum vardı,yenə var ancaq görüşmürük və niyəsini bilmirəm.Bir dəfə Vaqif Bayatılı Ödərin  “Yupyumru bir eşq ilə“şeirini müzakirə edirdik ,o bir az başqa düşünənlərdən olduğu üçün bunu da bəyənmədiyini demişdi.Hətta mənə bunu bəyənirsənsə Zəlimxanıda bəyənməlisən kimi bir cümlə işlətdi…Zəlimxanın yaddaşı məndə də olsa idi,bəyənməzdim dedim.:) Hadisələri Mirşahin qədər ustalıqla əlaqələndirə bilməsəm də, yazdım ..Nə demək istədiyimi başa düşənlər olacaq yəqin…olmasa da ,izah edərəm…“1 nəfərin ölümü faciə,1000 adamın ölümü  statistikadır“ deyərək (p.s.24 aprel deyilənə görə“Ermənilərin qondarma soyqrımıdır“ ) keçidinə keçdi.Çox fikri ilə razı olmasam da ,bəzi nüanslar var idi ki o haqqlı idi.1 ay əvvəl olsa idi,onu tənqid edər niyə belə fikirlər səsləndirir deyə ona olan son 1-2 “qram “ hörmətim də yox olardı.Çox təəssüflər ki , bizim düşmənimiz doğrudan da özümüzük.Bunu Mirşahin hansı mənada demişdi ,deyə bilmərəm mən anladığım məna da deyirdisə Özümüzük.Türkün Türkdən başqa dostu yoxdur və bunu Ermənilər çox yaxşı bilir.Ancaq nədəndisə hər zaman gülü onlara biz uzadırıq.Sanki günahkar bizik…Nə bilim ,bəlkə də bu mövzular məni aşar.Və Mirşahini müdafiə etmək kimi fikrim də yoxdu.24 apreldən də, Anaların uşaqlara qarşı soyqrımına keçid verdi -Abortlardan danışdı. Verliş başladı artıq,baxım…

Amma Türkiyədən heç nəyi nümunə götürməsək də , heç olmasa önəmli şəxsiyyətləri haqqında tv-lərdə verdikləri verlişlərə baxıb özümüzə nə isə götürün(ək)…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma