Kökaltı

Evə yenicə gəlmişdim,atam televizoru yandırıb hər zamankı adəti üzrə 1-ci kanaldan başlayaraq yuxarılara doğru çevirməyə başladı.İşdən gəlib yorğunluğunu belə atır zənnimcə,çünki sonlara çatanda “pult`u kim istəyirsə ona verir(p.s. Ana dilimizdə pultun qarşılığını təəssüf ki, bilmirəm)

Bu dəfə ANS-də saxladı,efirdə isə “Kökaltı“ verlişi idi.Bizim ali savadlı illərlə xəbərlər proqramının aparıcısı olmuş Aytən xanım sonda bir fikir söylədi.

Fikir təqribi belə idi:

“Sözləri də kökaltına salmaq olur,son zamanlar da Milli məclisdə “zadə“ və “ov“ları kökaltına salmaq istəyirlər.Demək istəyirəm ki, insan adı ilə tanınır,soyadı kökaltına salmasaz da olar“.

Əziz ,Aytən xanım birincisi sizin ən sadə riyazı biliyiniz olsa bilərdiniz ki, sözləri kökaltına salmaq olmur.Amma sizin verlişiniz qeyri-ciddi olduğu üçün bunu sətir altı sadəcə demiş ola bilərsiniz.Ancaq soyad insanın adından da önəmlidir.Soyunu bilməyən birinin adı nə olur olsun bunun önəmi yoxdur.Sizin kanal ki, bütün günü düşməndən danışır.O zaman adı Həsən olsun ,soyadı Baqdasaryan olsun da onsuzda soyadın önəmi yoxdur siz demiş.

Vaxtınız olsa ki, yəqin ki var.“zadə“nin və “ov“ sonluğunun  hansı dövrlərə  aid olduğunu axtarıb oxuyun deyərdim.Ancaq düşünürəm bilməmiş olmarsız.Bilməyənlər üçün qeyd edim“zadə“ fars ,“ov“ isə rus sonluğudur.

İnsan sözü deyəndə düşünüb deyər…Gülürəm…Başqa carə tapa bilmirəm.

Özünüzü gülməli hala salmayın…Yox ola bilər bizim sağlamlığımızı düşünürsüz.Deyirlər gülüş ömrü uzadır.Döyüş anlınıza,gülüşdə dodaqlarımıza yazılıb:)

Advertisements

Kökaltı” üçün 4 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma