Dayanacaqda“sabitlikdir və sakitlikdir“

Bir neçə gündü elə də maraqlı nələrsə olmur.Bildiyimiz sıradan yaşayanların sıradan günləri davam edir.Davam edən səsli-küylü günlərin ardından hər kəs də,hər yerdə sabitlik və sakitlik hiss olunur.Gənclərin əksəriyyətinin tv-lərdən uzaq olduğu bu zaman kəsiyində(p.s. sözsüz söhbət ölkənin gələcəyi ola biləcək gənclərdən gedir,təkcə bioloji gələcəyindən yox . ) daima əlaqədə olduqları sosial şəbəkələrdə də sakitlik və sabitlikdir.

Hə sabitlik də yaxşı nəsnədir,sakitlik də…Ancaq bir yerə kimi…

İndi bunları niyə yazırdım onu qeyd edim,gecdi artıq yuxu görmək zamanıdır ki,yuxu da sağlam orqanizmin formalaşmasında əsaslardan biridir.

Deyirlər“sağlam bədəndə,sağlam ruh olar“.Ruh dedim bir söhbət yadıma düşdü; bir ay öncə yaxın adamlardan biri ilə gənclərin milli ruhda böyüdülməsi haqqında söhbət edirdik.Nə isə söhbət o yerə gəlib çatdı ki,bu yolda biz də nəsə etməliyik.Və uzun zamandı planları arasında bir sayt acmaq olduğununu dedi.O qısa müzakirənin nəticəsində  “www.dayanacaq.com“   yeni bir internet layihəsi yarandı.

Tək məqsədimiz vardı,necə bir layihə irəli sürər ki,gənclərimiz arasında fərq qoymayaq.Sağlam düşüncəsi olan hər kəs özü üçün nəsə tapa bilsin burada.

Artıq söz yazmağa ehtiyac yoxdur yəqin ki,bir dəfə bu ünvanı ziyarət edən hər kəs əsil məqsədimizin nə olduğunu onsuzda anlayacaq.

Sayt yeni olduğu üçün bəzi qüsurlar var,onlar da zamanla həll oluna biləcək qüsurlardı.

Bizə isə bu yolda  ,o sağlam  ruhun formalaşması üçün öncə sağlam gənclik lazımdı.

Uzun sözün qısası- bu yazını yazmaq da məqsədim də sizi “www.dayanacaq.com“ la   tanış etmək idi.

Səmimi olmaq ən gözəl ünsiyyətdir insanlar arasında…:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma