Yaz gəlir.

İnsanlar niyə hər nə varsa bu qədər qəlizləşdirməyə çalışır heç cür analaya bilmirəm.

Elə bil,fikir ayrılığı olmasa  olmaz,yaşanılmaz.Bu gün bayramdı…və ya bayram deyil kimlər üçünsə.Dinin bütün qayda qanunlarını düzgün icra edənlər bu günü qeyd etmir ki, “oda sitaiş“in qalıqlarıdır.Bir qrup insanlarda var,onlara heç sözüm yoxdu ürəkləri nəyi etmək istəyirsə yanına bir milli sözünü əlavə edirlər vəssalam.Deyirlər bu bizim milli bayramımızdı.İş orasıdı ,soruşursan heç bayramın tarixini də bilmirlər.Niyə “milli “ bayram deyirlər heç özləridə bilmir.Hər şey bir qırağa “Milli Novruz bayramı“ deyənlərin çoxu Türk olduqlarını belə bilmirlər.

(p.s.Bu günün tarixinə bələd olanlar istisna…)

Bir də,adət-ənənə ilə bağlı olan nə varsa onu bəyənməməklə özlərini “dünyalı “hesab edənlər də var. Heç kimlə işim yoxdu ,özləri bilər.Ancaq bu qədər qəlizləşdirməyin heç nəyi.

Yaz gəlir,bu özü elə bayram etməyə səbəb deyilmi.İstəmirsizsə qeyd etməyin.

Nə isə uzatmaq fikrim yoxdu.

Qeyd edib ,etməyən hər kəsi təbrik edirəm…Hər zaman da olmasa,arada yaz əhvalında olun.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma