Romantika və Mart

Hüseyn Cavid demiş “Mədəniyyət,Mədəniyyət,Mədəniyyət“…Son günlər ölkədə,xüsusilə də paytaxtda baş verənlərdən demək olar ki,hər kəsin xəbəri var.Doğru və ya yalnış da olsa ,Mart ayında baş verənlər haqqında müəyyən bir fikir formalaşıb artıq insanlarda.Evlərdəki 4 künclərdən fərqli olaraq küçələr başqa portret təqdim edirdi.

Dünən bütün olanları saat 4də kimi dərsdə olduğum üçün çoxlarının son vaxtlar bəyənmədiyi və psixi xəstəliklərin əsas səbəbi olaraq göstərdiyi sosial şəbəkələrdən izləyirdim .

Bu  gün isə bir daha əmin oldum ki, nə evdəki 4 künc ,nə də sosial şəbəkələr baş verənləri gözlərinlə görmək qədər şəffaf işıqlandıra bilməz.

Tv-lərimizi ümumiyyətlə demək olar ki, izləmirəm,onsuzda onlar ölkədə baş verənlərdən çox dünyadan xəbər verir.Yaponiya da zəlzələ olub.

Ancaq hər halda Yaponiya da zəlzələ olan vaxtı bizim hər gün keçdiyimiz küçələrdə də hər zaman olanlardan fərqli nələrsə olurdu.Olanları dəstəkləməyindən və ya dəstəkləməməyindən asılı olmayaraq biz eyni torpağın övladlarıyıq.Əgər dünyada baş verən nə isə bəşər övladı kimi bizi narahat edirsə,səsini duyurmaq istəyən vətəndaşlarımızın da problemi bizi narahat etməlidi.

Ancaq qızlarımızın çoxunu paytaxta təşrif edən Kıvanç Tatlıtuğ maraqlandırır, oğlanlarıdakı…(p.s.əsgərlik yazacam,o dəqiqə mövzunu siyasiləşdirəcəklər..:) …) gülürəm çünki gülməli vəziyyətdi.

Hər halda, bu mövzu ilə bağlı heç nə yazmamaq qərarı almışdım.Sadəcə bu gün 12 mart tarixində paytaxtın “Fəvvarələr meydanında“ gördüklərim yazmama səbəb oldu.Heyf ki, yanımda fotoaparat yox idi.Yoxsa o anları ölümsüzləşdirmək istərdim.

Fəvvarələr meydanı elə də böyük bir yer deyil .O böyük olmayan meydanda bu gün olanlarsa böyük idi.

Meydanın başlanğıcında  “atlı karınca“ ,(p.s.Türkiyə türkləri belə deyir,tərcüməyə ehtiyac yoxdu yəqin ki, ) da əyələnən uşaqlar, Nizami Gəncəvinin heykəli ətrafında dünyadan təcrid olub öz işləri ilə məşğul olan sevgililər.Siradan günlərini yaşayan insanlar…Kimisi yemək fasiləsindən işinə qayıdırdı,kimisi həftə sonu gəzməyə yer tapmayıb bura gəlmişdi,mağazalardan çıxan geyim həvəskarı qadınlar, “Azadlıq“larını tələb edən insanlar,Polislər və bütün bunları izləyən özüm.Yaddaşımda ilk dəfə idi Fəvvarələr meydanını belə rəngarəng görürdüm.Maraqlı idi, səmimi desəm:)

Dünəndən…

Və bütün bunların fonunda,o saatlarda “fəvvarələr meydanın“ da olmama səbəb olan ,4 aydı davam edən “Bookclub “layihəsinin yekun tədbiri idi. Layihə haqqında uzun uzadı yazmıram.Sadəcə onu qeyd edim ki, bu gün bütün bunları yaşayan insanlar eyni Dünyanın,eyni torpağın,eyni ölkənin,eyni şəhərin,eyni küçənin insanları idi.Qəribədir…

Biz sanki eyni şəhərdə yaşamırıq…

Günün fotosu…bu gündən. Qocanın üzü tarixdi…

Advertisements

Romantika və Mart” üçün bir cavab

  1. Onsuz Azərbaycan tv lərinə görə, hakimiyyəti sevməyən hamı ermənidi. ona görə onların nə istədiyi önəmli deyil.
    Maraqlı bir məlumat da gəldi ki, Ermənistanda tvlər bu gün deyib ki Azərbaycanın barmağı var ordakı mitinglərdə falan )) 😀

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma