Paytaxtımda bir gün…

Hər kəs eyni mövzulardan yazır ,danışır bu günlərdə.Yüzlərlə cümlələr,minlərlə sözlər hər gün kainat boşluğuna atılan son günlərdə o yazıları yazan insanları seyr etmək xoş idi bu gün.

Maraqlı olmaya bilər kimin üçünsə paytaxtda bir gün.Hər gün yaşadığımız sıradan günlərdən biri idi əslində.Sadəcə bu gün olan nə vardısa bir-biri ilə müəyyən gözə görünməz bağlarla bağlı idi .Gənc tamaşaçılar teatrında “Axrıncı qatar və yaxud itlər“ tamaşasına İlqar Cahangirov dəvətnamə vermişdi “Book Club“ iştirakçılarına.

(p.s.“Book Club“ artıq bir neçə aydı davam edən bir lahiyədir. Lahiyə rəhbərləri Şahbaz Xuduoğlu və Nigar Köçərlidir.)

Ayın 4-ü götürməli olduğum dəvətnamələri  5-i götürməli oldum  və 1 gün fərqi maraqlı gün keçirtməmə səsbəb oldu.“Ali & Nino“ kitab mağazasına dəvətnamələri götürməyə gedəndə yol boyu Seymur Baycanın yeni kitabı olan “Quqark“ı oxuyurdum.Və bu gün nə oldusa bir uçu bu kitaba bağlanırdı o bağların.Ara sıra yazılarını oxuduğum Nərmin Həsənlini gördüm şəhərimizin küçələrindən birində.Yoluma davam etdim,artıq “Ali &Nino“da idim dəvətnamələrim əlimdə idi.Tamaşa isə saat 19:00 da başlayacaqdı.Rəfiqələrimi gözləyənə kimi vaxtı nə iləsə doldurmalı idim.Kofe içmək qərarına gəldim.Belə havalarda ən yaxşısı bir fincan kofe və kitabdır.Kitab çantamda idi ,bir kofe çatışmırdı onu da alıb oturdum açıq havada başladım kitabı qaldığım yerdən oxumağa.İlk səhifəsini açanda“ Operator:Nərmin Həsənli“ yazısı sataşdı gözümə,qəribəsi odur ki, 2 gündü oxuyuram kitabı birinci dəfə idi görürdüm yazını.

Kofemi yenicə bitirmişdim ki , fotoqraf Orhan Aipin uzaqdan gəldiyini gördüm.Son vaxtlar az-az yazır ,ancaq əvvəllər ara-sıra onun da yazılarını oxuyurdum.Hətta “Quqark “kitabında Seymur Baycanın şəklini çəkən Turxan Qarışqa ilə onun haqqında qısa bir söhbətdə etmişdik.Bu artıq kitabla bağlı ikinci bağ idi.

Sonra Rəfiqlərimdən biri zəng edib gələ bilməyəcəyini xəbər etdi və bir dəvətnamə yiyəsiz qalmışdı .

Artıq saat 18:30 idi .Rəfiqəmlə görüşmək üçün Rəşid Behbutov adına mahnı teatrının yanına getdim.Oradan Gənc tamaşaçılar teatrı arasında çox az məsafə var.Saat  18:50 də artıq teatrın qarşısında idik.Dəvətnamələri verib içəri keçmişdik ki, fikirləşdim 1 dəvətnaməni yoldan keçən kiməsə verim o da baxsın tamaşaya.Və qapıda Orhan Aipin bir dostu ilə afişaya baxdığını gördüm.Onlar 2 adam idi,məndə isə bir dəvətnamə vardı.Və dəvətnaməni onlara vermək fikrindən daşındım Qapıdakı xanıma verdim.Və bu fikirlərimdən özümdən başqa heç kimin xəbəri olmadı.

Zala girdik yerlərimizə əyləşdik.Rəfiqəmlə “Quqark“dan danışırdıq ki, içəri bir adam girdi və üzü çox tanış gəlirdi.Əlimdəki kitabın arxasındakı şəkilə baxdım Turxanın çəkdiyi şəkildəki üzlə bu üz çox oxşar idi.

Yaxınlaşıb Seymur Baycan olduğunu öyrəndikdən sonra kitabımı da imzalatdırdım.

Tamaşa başladı .

İlqar Fəhminin “Axırıncı Qatar” (İtlər) pyesi  əsasında xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilmiş tamaşada rollarda gənc aktyorlar   İlqar Cahangirov,Şövqi Hüseynov,Emin Sevdiməliyev, Nofəl Vəliyev,  Gülər Nəbiyeva iştirak edirdilər.

Tamaşa çox uğurlu alınmışdı bunu sondakı alqışlar bir daha sübut etdi.Son zamanlarda izlədiyim həm mövzu baxımdan,həm də aktyor işi baxımdan ən uğurlu tamaşalardan idi desəm yanılmaram.

Tamaşanın mövzusu da bir az oxuduğum kitabla əlaqəli idi.İnsan həyatları,hər gün yanımızdan ötən minlərlə insan və onların hekayələri var. Kimiləri azad, kimiləri özünü zəif hesab etdiyi üçün kimdənsə asılı  və .s.

“Getmə qatarım, gözəl qatarım,
Sən idin qəlbimə həmdəm.
Məni də özünlə apar,
Əzabdan canımı qurtar.“

Tamaşanın təsüratları hələdə keçməyib.Baxın və bu ölkədə sənətin inkişaf ına hərəmiz bir damcı da olsa yardım edə bilsək.Gələcək ,gələcək…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma