Bizə Saz da lazımdı,Caz da…

 Bilmirəm niyə,ancaq əksər insanlar əsasən də gənclər də “özünü “danma hissi olur .Anladı,anlamadı roka qulaq asır .Sözüm(dəb xətrinə,hər kəs ondan danışır ,qulaqlığı taxım görüm bu nədi) kimi düşünənlərədi.Digərləri ilə işim olmaz.

Və ya bir az pulu olan kimi“ ə bə deyirlər hamı o cazdı nədi ona qulaq asır ,məndə qulaq asım ,axı aristokratam“ ,buna bir də opereya ,balete getmək də əlavə olundumu  tam olursan yüksək zümrə.

Maraqlısı odur ki,bu tip insanlar elə məkanlara uzun müddət gedə bilmirlər. 

Vaqif Mustafazadə tarixə “cazla muğamın“  birləşdirən bir insan kimi daxil olub .Elə insanlar isə heyflər olsun ki, az olur.

Belə insların varlığı isə millətdən  ümidi kəsməyin tez olduğunu xatırladır adama.

Bilirəm hər millət də belə insanlar olub və olacaq. Özünü danan da,tarixini ,mədəniyyətini yaşadan da.

İndi hər kəs muğamdan danışır, sevindiricidi.

Ancaq sazı unutmaq olmaz.Mədəniyyəti vəhdətdə inkişaf elətdirmək ,gənclər o musiqini dinləsin deyə onların ruhuna da təsir etmək  lazımdı.Nə vaxta kimi ki, tvlər də saz ifaçıları saçları laklı,qırmızı dodaq boyalı,zərli üst geyimdə olacaqlar ,gənclər də onları izləməyəcəklər də,dinləməyəcəklər də.

Ozanlar,çayxanalar da stollara yaxınlaşıb pul qazanmaq üçün ifa edəcəklər,saza qarşı  yaranan bu hörmətsizlik davam edəcək.

Muğamla ,Sazın hər zaman ağlımda gəzən  fərqi var.Saz  ruh havasıdı,Muğamsa hal havasıdı,

Muğamı dinləyəndə  əksərən gözümün qarşısına müharibə sonrası dağın ətəyindən zirvələrə baxan  yorğun sərkərdə gəlir .

Saz isə insanı gələcəyə səsləyir.At belində dağlara doğru irəliləyən igid canlanır yaratdığım tabloda.Ola bilər torpağın ,kökün təsiridir sazı daha çox sevməyim.

Nə isə

Əslində ,“Ruhani “haqqında yazı yazmaq istəyirdim,sadəcə bu havanın haqqında  demək olar ki,heç bir məlumat tapa bilmədim axtarış saytlarından ki, yazım istədiyimi.

Tək carə dinləməkdi…

Advertisements

Bizə Saz da lazımdı,Caz da…” üçün 5 cavab

  1. LIKED your SITE… 🙂
    What a beautiful to see my citizens so active & educated….
    God Bless Azerbaijan and real Azerbaijanis…

  2. Geri bildiriş: Saz yoxsa Muğam?… « Qaralama Dəftəri

  3. Musiqiylə, ya da oxuyaraq, ya da sənətlə etiraz etmək üçün bu gün ən güncəl-çağdaş, və işlək versiya Meyxanadır. Həm məşhurdur, həm alt təbəqənin məhsuludur, həm tükəticisi aşağı təbəqədir (yəni biz qıjılar, inteligent olmayanlar), həm qulağa xoşdur, həm ismarıcı istəyə bağlı olaraq dolaylı və ya vasitəsiz çatdırma, güclü manevr qabiliyyəti olan janrdır-sənətdir (adını siz qoyun)…Ayrıca bərkə düşsə, 2 universitet məzunu, filoloq da meyxanaya qurşanıb, inteligent meyxanalar deyə bilər. Hamını qapsayır (molla, nəşəxor, mırta qulaq asan). Dinləyici yelpazəsi genişdir..ayrı nə qaldı? 😀

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma