Tarix və duyğular.

“Bizim Cəbiş  müəllim“ in un utmadığım bir səhnəsi var-Cəbiş müəllim sabunları əsgərlərə paylayır  və duyğu selinin içində qatarın ardınca baxır.Uzundən saflıq,əsil müəllim şəfqəti hiss olunan buinsan bəlkə də o dövr insanları üçün“ canlı heykəl “idi.Zamanla “canlı heykəl“ işıqlar sönəndə boz olan bizim duyğuları alt-üst olmuş şəhərimizin küçələrində baxımsız qalmış neçə heykəl kimi unuduldu.Yeni heykəllər qoyulduqca beynimizdəki müəllim portreti dəyişdi.İndi məktəblərimiz də axtarsaq nə qədər müəllim deyə biləcəyimiz insan var.

Bilmirəm…

Hətta artıq elə bir dövrə gəlib çıxmışıq ki,məktəblər də kişi müəllimlərə hörmət edən belə yoxdu.Hörmət dedik də ,ağlınıza “hörmət “gəlməsin.Siyasiləşdirməyin.:)

Hərçənd ki,Cəbiş müəəlim o sabunları Sovet ordusunun əsgərlərinə göndərirdi.Ancaq onunçün fərqi yoxdu.O zaman onun Vətəninin ucu-bucağı yox idi,qırmızı bayraq altında onunla yaşayan hər kəs həmvətənlisi idi.

Son günlər orduda baş verənlərdən çoxlarımızın xəbəri var,görəsən məktəblərimiz də bu haqqda şagirdlərlə diskusiyya aparan müəllim olubmu heç .

İnanmıram.

Ancaq insnaın formalaşmasında ailə qədər də ,bəlkə də daha çox məktəbin rolu olur.Dövlət məktəbin də oxumuşlardanam,yəni nə türk litseyi bitirməmişəm,nə də pullu məktəbləri.Bildiyimiz məhlə aralarında olan dövlət məktəbini bitirmişəm.Yaxşı ki,müəllimlərimin arasında az da osla sağlam düşüncəli insanlara olub.

Əslində yazını yazmaq məqsədim ayrı idi.Yazı yazmaq fikrim yox idi.Düşünürdüm bu günü artıq qeyd etməz bizim müstəqil respublikamızın , müstəqil vətəndaşları.Heyflər olsun ki,yanılmışam.Hələ bu günü qeyd edənlərin içində ölkənin qabaqcıl sayıla biləcək gəncləri,gələcəyinin bəlkə də ziyalıları ola biləcək insaların olması yazının səbəbi oldu.

İbtidai sinifdə oxuduğum vaxta müəlliməmiz  sinifdəki oğlanlara hədiyyə almaq istəyirsinizsə bununçün 23 fevrala ehtiyac yoxdur,istədiyiniz hər hansı bir bayramda da ala bilərsiz.Və sinifdə bir ənənə halına gəlmişdi oktyabrın 18-i sinif yoldaşlarımıza hədiyyə alırdıq.Bu gün də minnətdaram müəlliməmə ki, o düz 14 il öncə hər kəsin bu bayramı rahatlıqla qeyd etdiyi vaxt da bizim beynimizin ağ səhifələrin də yeni cümlələr yazmağı bacarmışdı.

Qəribəsi odur ki, bu günü qeyd edən “vətənpərvər“lər 20 yanvar günü,hətta 3 gün sonra Xocalı faciəsində də özlərini “vətənpərvər“ göstərməyə çalışacaq,sosial şəbəkələr də profil şəkillərini qara edəcəklər.O günlərin tariximzidə qara dairə olmasının səbəbi isə elə 23 fevral tarixinin tarixdə qırmızı dairə olmasına  səbəb olanlardır.Nəyə lazım bu saxtakarlıq ,insanın mövqeyi olar axı.

Bu nə bayrambazlıqdır .

Anlamıram…

Oğlanlar isə tək bir cümlə deyəcəm.Unutmayın əgər qızlar sizə 23 fevralda hədiyyə alırsa ,sizə qiymət verirlər deyə yox,əmin olun bunun tək səsbəbi var,ondan 13,4 ildən bir də 14 gün sonra 8 mart gəlir.Və onlar siz onlara hədiyyə alasız deyə hədiyyə verilər.Qarşılıqsız olmaz axı 🙂

23 fevral Sovet Ordusu və Hərbi Dəniz Donanmasının yaranma günüdür)

Gerisini siz düşünün əgər düşünə bilirsizsə,yəni düşünə bilən insan bu günü qeyd etməz.Yox əgər qeyd edirsizsə xahiş eliyirəm,26 fevralda heç kim “Vətənşüvənlik“ etməsin!

Duyğularınıza sahib olun,tarix yalnışı bağışlamır.

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma