Hamıdan biri,bir sevgili.

Günlər var ki,bir az qollu-budaqlı olur.Biri qeyd edir,biri yox.1 May,Yeni il,və.s. və.i:)

Belə olan da,müşahidəçi kimi baş verənləri izləyirsən və günün  maraqlı ,bir az da gülməli keçir.

Tarixin hansısa  mərhələsində bir Valentin olub.Və indi də onun günü var.:)

Qəbul etsək də,etməsək də var və bu adam tarixdə özünə yer edib nə yolla olur olsun.

(p.s.deməli,axtarış saytlarından istifadə edərək bu günün tarixi haqqında məlumat əldə edirsiniz,yazının bu hissəsinə çatanda,yox əgər artıq məlumatınız varsa,lap əla,davam edək.)

Hər kəs “Valentinin günün“dən  danışır .İstər sosial şəbəkələr də,istərsə də,gün boyu rastlaşdığım adamlar.

1.Sevgilisi var deyə məcburən qeyd edənlər.

2.Sevgilisi olmadığından ,özünü sındırıb yoxdu deməkdənsə,sevgililər gününü qeyd etmədiyini  deyənlər.(p.s.sevgilisi olan kimi necə olursa qeyd etməyə başlayırlar,feminist olub,sevgili tapan kimi dəyişən qadınlar kimi.:)

3.Dini görüşünə görə qəbul etməyənlər ki,Valentin xristian olub.(p.s.yəni elə deyirlər.Onunla eyni dövrdə yaşamamışam.)Bura Dini baxışa o qədər də nəzərə almayan və qeyd edənlər də aiddir.

4.Milli kimliyə bürünən,“vətənşüvənlər“ (p.s.dostum demiş.) Sən demə bizim özümüzün milli sevgililər günümüz var imiş.

5.Bir də 5-ci tiplər var ki,səmimiyyətinə inandığım bir neçə insan .Başqalarını deyə bilmərəm.Ancaq onlar doğrudan da bu günü qeyd etmir.Çünki sevməyin,sevginin günü olmaz Əzizlərim.:)

Uzatmaq olar bəlkə də,siyahını.Ancaq çox uzatmayım.

Qəribəsi odur ki, 14 fevral çox maraqlı gündü tarixdə.
proqrammistlər ,Almaniya da psixi xəstələr,Çikotilanın edam olunduğu,( saytlardan birində oxudum,dəqiq olmaya da bilər:)…),sevgililər,
Yaponiya da soyunmuş kişilər,Amerikada prezervati,milli televiziya  yaranma,İslam ölkələrin də isə Peyğəmbərin doğum günü kimi qeyd olunur.

Bir də,dostumun balaca əmisi oğlunun da doğüm günüdür,o da bu günü elə qeyd edir:)

Qeyd edib ,etməməyin o qədər önəmi yoxdu…Heç kimin biznesinə də mane olmaq fikrim də yoxdu..Çünki çoxları bu günü pul qazanmaq üçün gözləyir.

Nə olur olsun,Sevin…sevmək və sevgilim olsun deyə yox,içdən gələrək sevin.Hiss edərək.Eşq qəliz ,bir o qədər də bəsit ,amma nədisə əvəzsiz nəsnədir.

Sevməyə bacaran ,bacarmayan hər kəsə Eşq olsun…Özüm də öyrənirəm:)

Advertisements

Hamıdan biri,bir sevgili.” üçün 2 cavab

  1. 4, 5 ))))
    P.S. o dostun mən tanıdığım dostundusa, o da hardansa alıb o ifadəni işlədir ))

    Həmdə ki, belədi ki, əsas odur ki, can sağlığı olsun )))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma