Dədə Qorqud olsa idi, adsız qalmazdı:)

yazının adını fikirləşmirəm.qayda qanunla da yazmıyacam.biri çıxıb ,daha doğrusu ortaya tullanıb deməsin ki “xanım siz orda fikrinizi düzgün izah etməmiziniz“

-“de ,sən öl“ ,fikir mənimdə əyri izah eliyirəm…

Yazıya ad fikirləşmirəm ,çünki bu millətə( p.s. indi kimsə deyəcək  millət söhbəti eləmə,əslində millətçiliyi özünə “geyim“ edənləri də vuraram)

Adi insan kimi “fəlsəfə“ yə keçmədən yaşayırsan,tanımadan hərə sənin haqqında fikir bildirir.Soruşan ola “tanışıq“ yox..onda dincəlində.3-4 dəfə “salam,necəsən…“ dən o yana söhbətin olmayan adamlar gəlib yekə-yekə danışır.İnsanı tanımaq üçün əzizlərim,o adamla həyatı yaşamaq lazımdı.Bunu o “Enşteyn“ hesab etdiyinzi beyninizin bir kənarına yazın ,zəhmət olmasa.Axı hamınız mədənisiz.

Nə isə,əsas söhbət bu deyil.Əslində söhbət də yoxdu,mövzu da.

Əhvalım orta şəkərli kofe kimidir))

Kofe  daha ətirli səslənir,kahve və qəhvə yox amma.

Bitirmək üzrə olduğum bir kitabda,bu gün cümlə oxudum və gün boyu beynimi o cümlə məşğul edib.

“Dünya ətrini tez-tez dəyişir.Artıq məktəblər təbaşir ətri vermir“  .Ətir müəmmalı nəsnədir.

Məsələn: filmlərdə hər zaman belə səhnələr olur demək olar ki, iki sevgili ayrılır,qalan gedənin köynəyini qucaqlayır,ətrini duymağa çalışır.elə səhnələri süni hesab edirəm.Kimsə razı olmaya bilər.

Razı olmaq demişkən ,kiminsə fikri ilə razı olmayanda adama deyirlər sən özünü əjdaha sayırsan.Bu da təzə çıxıb,başa düşə bilmirəm etiraz etmək olmazmı,gərək hamı ilə “canım,cicim,böcəyim,ay nə bilim kəndimizdəki alma ağacının dibindəki taxtam“ kimi müraciət edəsən ki, belə olan da qarşıdakını çox istəmiş sayılırsa insan ,mən heç kimi çox istəmirəm.

Hə,bizim kəndə alma ağacı vardı ya yox,yalan deyərəm.Kəndimizi görməmişəm.Deyilənə görə 1988-ci ildən ermənilər orda alma yeyir:)

Yazının davamı olacaq,hələlik belə qalsın.Bir nəsnəni unutdum, deyirlər“aşkdan yazın o her zaman tutar“

Yazını  “,həsrətəm gözlərinə, nə bilim ehtiras,sənsiz ağladığım günlər,kişiləri neçə cəlb etmək olar,keçəl qızın hörükləri“ kimi adlandırsan kütlə oxuyur:)

Indi bir ağıllı çıxıb deyəcək (p.s. ağıllı oxusa və ya ümumiyyətlə kimsə bu yazını oxusa ehtimalı da azdı)

“sən özünü Hüseyn Cavid hesab eliyirsen ki,deyirsən kütləyə yazmıram,onlar anlamaz yazdığımı“

yox elə iddiam da yoxdu,heç məncə H.Cavidin də fikri tam olaraq elə olmayıb.Kimə necə sərf edirsə elə başa düşür onsuzda deyilənləri də,yazılanları da,çəkilənləri də,elə dünyanın özünü də.Kövrəlməyin,fəlsəfəyə keçmək fikrim yoxdu.Ümumiyyətlə fikrim varmı,yoxmu onu da bilmirəm.Çox uzatdım.

Əzizlərim,hərə özü ilə məşğul olsun da.Yox əgər bekarsızsa ,vaxt öldürmək istiyirsizsə,məsləhətim var ki,məsləhət verməkdən asan peşə yoxdu  ))

Kitab oxuyun,kinoya baxın,ananızı,sevdikləriniz qucaqlayın,sevin,öpün,nə bilim sillə vurun bir-birinizə…amma nəsə maraqlı iş olsun da..Boş -boş  ağıllı aparmayın özünüzü.Tanıyın,kəşf edin sonra danışarsız.

Yazı adsız qaldı …:)

Dəyişir hər nə varsa, balet belə:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma