Düşüncə.

 Ayrıldığımız o gün gəlir ağlıma.Yayın sonları idi.Yağış yağırdı.Buludlar da istəmirdi ayrılmağımızı. Ayrılmalı idik.Çünki qarşıda bizi yeni həyəcanlar gözləyirdi….

Ayrıldıq…..

Sən orada qaldın.Mən isə arxama belə baxmadan getdim…..Yol boyu musiqiyə də qulaq asmadım.Bu dəfə dəyişiklik olsun istədim…..   

Artıq payız qapımın ağzında idi.Gözləmədiyimdən də tez gəlmişdi.Yarpaqlar saralıb düşdükcə sən də, silinirdin yaddaşımdan yavaş-yavaş….. Həzin bir payız günü idi.Dərsə gedirdim.Dərsin başlamasına on beş dəqiqə qalmışdı.Xəzəlin üzəri ilə gəzdim bir az.Yarpaqların xışıltısını dinlədim…O anda eşitdiyim notları heç bir musiqi alətində eşitməmişəm.Qəribədi amma bu səs tanış gəldi….

Dərs başladı….. Həmişəki kimi qulaq asmırdım müəllimə…..Hətta dostlarımın belə nə dediklərini eşitmirdim.Ağlım hələ də, o səs də idi. Bir gün payızda həyatımda iz qoyub getdi……

 Qışa hazır deyildim.Soyuq axşamlar,şaxta, narazı sifətlər ,qar….Amma bir tək qarı sevirəm…..Çünki, o da nə isə xatırladır mənə…o xəzəlin səsi kimi…..Bəmbəyaz….sonsuz mavi səma kimi….. Əksinə qış çox maraqlı keçdi.Ona görə də, necə gəlib-getdiyini anlamadım…..

Uşaq tək sevinirdim…..Yaz gəlirdi…..Sənə yaxınlaşdığımı hiss edirdim artıq…..Az qalmışdı…..Hər kəs, hər şey təzələnmişdi.Hətta məndə…..Dostumu daha da ,çox görürdüm. “Günəşi deyirəm…“Sənin hər axşam qoynuna aldığın “sarı saçlını“……

Düşünürəm də yağışın damlalarından bir ip düzəltsəm ,onu qışın şaxtası ilə buza çevirsəm, payızın yarpaqlarından özümə xalça toxusam……yox deyesən çox xəyal qurdum…..Axı “Sarı saçlı“nın yanina yalnız xəyallar da qalxa bilirəm…..

Düşündüm ,düşündüm……

Gözlədiyim an gəldi.Yaydı artıq….. Yenə ayrıldığımız o an gəldi ağlıma…..Xəzəlin səsi, qar, mavi səma …indi tapdım …..mənə nəyi xatırladırmış…..Səni…. Sənin sahilində gəzəndə qumlar da, o xəzəl kimi ayağımın altında xışıldayırdı, hələ dalğalanmağını demirəm, qar tək bəmbəyaz idin….. Düşüncələrlə birlikdə sənsiz keçən bir gündə beləcə bitdi…Gecənin səssizliyində əridi bütün düşüncələrim….. Ağlımda -bir SAHİL qaldı,bir ÜFÜQ, birdə qarışan yalnızlığımızla, çağlayan MAVİ DƏNİZ……

06/06/2009

bəsit olsa da,arxivdən tapdım…elə-belə…O düşüncələrdən indi əsər-əlamət yoxdu…:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma