“чик- чик ханум“ ( Aзербайджанскaя народная Сказкa.1978.CCP)

Köhnə kitabların arasından “чик- чик ханум“ ( Aзербайджанскaя народная Сказкa.1978.CCP) tapdım.Ilk oxuduğum nağıllardan biridir.Yaddaşım o qədərdə güclü deyil.Ancaq xatırlayıram,4 yaşım olardı özüm özümə nağıl oxuyardım.Nənəmi qoymazdım oxusun.Çünki,oxumağı təzə öyrənmişdim.

Şəkilli jurnal formasında çap olunub bu nağıl və 2-ci səhifəsində“ Başı kəlağayılı ,yuxa yayan “nənə“təsvir olunub.Daha sonrakı səhifələrdə Çoban,atlılar,qoyun,aşbaz,Bəy,o dövrün xanımlarını təsviri cəmləşdirilmiş gəlin və saz çalan aşıq var.

Sonda isə “Çik-Çik“ xanımın özü….:)

Əslində yazını yazmaq məqsədim ayrı idi.Yəni kiməsə bəlkə də maraqlı da deyil,1978-ci ildə buraxılmış uşaq jurnalı.İndi ki,jurnallar daha rəngarəng,daha başqa nağıllarla bəzənir.Belə bəsit  hesab etdiyimiz nağıllar olmur onlarda.

Ancaq jurnalın üstündə “Gənclik .Bakı“ yazılıb.

Və 2 fevral “Gənclər Günü“ kimi qeyd olunur Respublikamızda.

Sadəcə maraqlıdı,bu günü qeyd edən gəncliyimiz öz nağıllarımızı bilirmi?!

Deyilənə görə,uşaqlıq dövrünü böyüklər kimi keçirən,daha doğrusu vaxtından tez böyüyən uşaqların ,içində daima yaşanmamış nələrinsə həsrəti qalır.Və bu hər zaman həyatının müxtəlif dövrlərində özünü bir üzə verir…

Uşaqlarımızın əlindən gələcəyini almayaq!

Onuda qeyd edim,mənim uşaqlığım 1978-ci illərə təsadüf etməyib:) Gəncliyi və uşaqlığı mənimlə eyni dövrə təsadüf edən,etməyən hər kəsin,əsas da bu günü

Qeyd edənlərin bayramı bayram olsun…:)

Əlavə:Qarın yağması,son zamanlar Misirdə,Tunisdə baş verənlər,Gənclərin işsizliyi,niyə  belə ruhsuzdurlar,(p.s.istisnalar olsa da) bu kimi mövzulara toxunmadım…Heç olmasa belə gündə kefimizi pozmayaq…Hər kəs yazır.Yazmasam dünya dağılmaz:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma