Ağ-Qara

Ağ rəngi ilk dəfə fizika dərsliyində sevmişdim…Çünki sevdiyim bütün rənglər ondan başlayıb,onda da bitirdi.

Rəsm dərnəyindəki müəllimimizin dediyinə görə isə əgər 7 rəngdən eyni miqdarda qatsan ağ rəng əldə etmək də olurmuş.Ancaq bunu nə qədər çalışsam da bacarmadım.Tam ağ rəng alınmırdı.:)

Insan təbiət qədər güclü deyil,bəlkə də güclüdür .Bu mövzular qəliz olduğu üçün çox da dərinə getmiyək.:)

Qaranı isə sevməmin tək səbəbi var,o olmasa ağ rəng alınmaz.

Ağ-qara filmlər,ağ-qara şəkillər…(p.s.hərçənd köhnə filmlər boz olur,ona niyə ağ-qara deyirlər,hələ də bilmirəm,gərək öyrənim)

Bir də Şahmat taxtası …və daşları gəlir ağlıma ağ-qara deyən də.Bütün dünyanın sirri o taxtada əks olunub.Gecə-gündüz,xeyir-şər,qadın-kişi və.s. və.i.

Cin fəlsəfəsi əslində bunu tam olaraq izah edir.Fəlsəfədə dərindi,yəni biz girən kol deyil,atalarımız demiş…:)

Amma bu ağ-qara da gizli olan ,çox nəsnələr var.

Qadın qədər sirrlidir.Beynimdə ağ-qara damalar gəzir.

Niyəsini bilmirəm,amma maraqlıdır..Axtarışlar davam edir.

Fransız sayağı düşüncələr bitmir ki,bitmir.

Qara saçlı qadın,ağ bənizli …Qara saçlı kişi,ara-sıra ağ tellər də var cığır-cığır…

Dünya ağ-qaradı deyəsən biz rəngli görürük,ya da rənglidir…ağ-qara kadrlar var içində…

Göydən 3 alma düşdü…Ağ,qara,rəngarəng…:)

Advertisements

Ağ-Qara” üçün 5 cavab

  1. Günah sizdə deyil, müəllimdə idi 🙂 . Fizika kitabında üç əsas rəngdən (qırmızı, sarı, göy) eyni qədər qatılanda ağ rəng alınır yazılmışdı, daha dəqiq üç əsas rəngdəki şüalar eyni vaxtda gözə gələndə ağ rəng görünür.

  2. “Sındırma əmsalının işığın tezliyindən (dalğa uzunluğundan) asılı olması dispersiya hadisəsi adlanır. İlk dəfə bu hadisəni Nyuton müşahidə
    etmişdir. Şüşə prizmanın üzərinə nazik ağ işıq
    dəstəsini salmışdır. Ekranda yeddi: qırmızı, narıncı,
    sarı, yaşıl, mavi, göy, bənövşəyi rənqdən ibarət
    əlvan zolaq əmələ gəlir, bu zolaq spektr adlanır. Ağ
    işıq mürəkkəb işıqdır, onun tərkibinə müxtəlif dalğa

    uzunluqlu yeddi rəng vardır. “

    məncə əlavə şərhə ehtiyac yoxdur…:)

  3. Fizikadan elə də başıçm çıxmır..Heç vaxt da sevməmişəm…Yerin cazibəsi dərsindən sora Nyutona da nifrət eləmişəm))Ağ qara rəng geyinən insanların ciddi xarakteri oldugunu deyir psixoloqlar..Təbii ki istisnalar olmaqla..Ağ və qaranın anlamı çoxdur..Sadəcə bir şeyə diqqət elsək görərik ki ağ və qaradan başqa heç bir birinə əks olan başqa rəng yoxdur.Və bu iki rəng həmişə dəbdə olur..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma