Beyin,Boyun,Çiyin…

3 sözün bir-biri ilə əlaqəsini məktəbdə bir az dərs oxuyan hər kəs demək olar ki,bilməlidi.Hərçənd yazı ilə əlaqəsi olmasa da,“beyin“,“boyun“,“ çiyin“  sözlərinə mənsubiyyət şəkilçisi əlavə olunduqda son hecadakı sait  kainat boşluğuna düşür:)

Məsələn:“ Çiynimin yaxınlığındakı boynum ,beynimi saxlıyan başımı daşımaqdan yorulub“ və.s və i.:)

Mövzüdan yayınmadan və nə yazmaq istədiyimi unutmadan keçim əsas məsələyə.Unutqanlıq əsrimizin əsas problemlərindən biridir ki,bunun da başlıca səbəbi insanların mütəmadi olaraq informasiya axınına məruz qalmasıdır.

Deyəsən,yenə uzaqlaşdım mövzüdan:)

Deməli,normal insan orqanizmində beyin kəllə sümüyünün içində yerləşir.Kəllə sümüyü-əzələ,damar,sinir,vəzilər,dəri və.s və.i köməkliyi ilə sonda bildiyimiz baş olur.(p.s.əvvəlcə istədim bütün anatomiya,fiziologiya,nevrologiya və.s  və.i kitabları acım bildiyim,unutduğum terminləri yazım bura,oxuyan olsa yazını fikriləşsin ki,beynim əla işləyir.Yəqin ki,ehtiyac yoxdu.21-ci əsir də məlumat əldə etmək o qədər də çətin deyil…):)

Başbeyin,Yaddaş və.s və .i haqqında axtarış saytlarından istifadə edib özünüz də oxuya bilərsiz.Çünki məqsədim mühazirə oxumaq yox,başqa nədisə …Keçək o nədisəyə.:)

İnsanın bir beyni olur və bu beyin boynun üstündəki başda yerləşir.Ancaq küçədə arada fikir versəniz indi insanların çoxunun digər beyni də peyda olub ki,o çiynin üstündə yerləşir .Və bu tip insanların sayı get-gedə artır.

Söhbət “notebook`dan gedir..(p.s.2-ci beynimizi çiynimizdə gəzdirmək skalioza səbəb ola  bilər.Bu isə artıq başqa yazının mövzusudu)

Nə isə sözüm onda deyil,iki beynim fərqli cəhətləri çoxdur.Anotomik beynin yaddaşı zəiflədikcə ,o birinin yadaşı artır.Və biz çiynin üstündə gəzdirdiymiz beynimizə zaman keçdikcə daha çox ehtiyac duymağa başlayırıq.Sanki hər kəs özü ilə 4 künc qutuya yerləşdirdiyi başqa bir həyatını daşıyır.

Kainatda təbii olan çox yaradılmış yumrudu, 4 küncü biz yaratdıq:)

Müşahidələrim davam edir,beyni yaxşı oxumaq lazımdı ,çünki qarşıda nevrologiya imtahanı var.

Elə-belə də müəllimə danışaram))

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma