Elə-belə…

Sabah imtahandı ,“çox maraqlı“ fənn olduğu üçün heç ayrıla bilmirəm:) Əsas da,1986 -ci ildən qalma bir kitab var.Oxu -oxu doymaq olmur..Bunu niyə yazdım onu da bilmirəm.Bu yazını elə-belə yazmaq xətrinə yazıram.Onsuzda çox vaxt elə-belə yazıram.

Bu aralar əhvalım heç də ürək açan deyil.Yəni normalda belə olmur əhvalım.Hə nə isə bu da elə də önəmli deyil.

Keçək əsas məsələyə.Əsas məsələ hansıdı onu da bilmirəm.

2 gündü imtahandan başqa ,bir kitab da oxuyuram.İlqar Fəhminin “bakı tarixindən kollaj“ (p.s.kitabda Bakı niyə kiçik hərflə yazılıb ,bu artıq başqa mövzudu.)

Boş vaxtınız olanda tapsaz oxuyun,maraqlı kitabdı.Elə bil İçərişəhərdə oturub tində bir köhnə şəhərli ilə söhbət edirsən.

Kitabda ən çox bəyəndiyim hissə isə Bakının simvoludu.

Yazara görə Bakının simvolu  “qırlı dam,o damda bitən Tut ağacı və ağaca çıxan babasıdı“.

Nə əlaqə yuxarıdakılarla axrıncı yazdığım cümlənin?!:)

Bunu da bilmirəm.Son 1 ayda ağlımdan keçənlərin,beynimdə yeni çəkilmiş körpüləri xatırladan heç bir əlaqəsi olmayan yolların səbəbini axtarıram tapa bilmirəm.

Deyilənə görə bu da normaldı.:)Belə əhval hər kəs də  ola bilər.Sadəcə heç vaxt görmədiyin,tanımadığın nə isə görəndə insanın üzündə qəribə təəccüblü görünüş yaranır.Güzgüdə baxıram,üzüm də elə bir görünüş də yoxdu. 

Aləm dəyib bir-birinə…Rəhbəri istefa verən idarələr kimi,elə bil rəhbər yox olub.Beynim sözümə baxmır.Ürək baxar sözə ,beyin də baxsa.

Elə-belə yarımçıq qalsın bu yazı.

Ancaq heç yaxşı hiss deyilmiş,gərək vaxtında anlayardım nə hiss etdiyimi.Artıq gecdi.Kimsə deyə bilər ,heç nə üçün gec deyil.Nələrisə dəyişmək olar.Olar amma…Nə isə…Nədən danışıram,yazıram mövzu sonda bağçamda itmiş birinə gəlib çıxır…

Nə isə…Elə-belə yanaşdığım üçün hər şeyə.Sonu da hər zaman elə-belə də qalır…

🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma