Özüməm

Demirəm ki, dünya yalan dünyadı.
Yalan olan elə mənim özüməm.

Tarix yazıb,yazdığını pozan da,
Dünən keçdi,bu gün gecdi,
Sabah olar yazaram,yazdığımı pozaram
Günü-günə ,ayı-aya satan da
Özümü aldadan yalançı da özüməm.

Danışmağa mövzu olsun,çay bəhanədi

Çayxanada vaxt öldürən,qoca baba özüməm.

Axşam yatıb,yuxu görən,

Gördüyünü yozub,pozan ,

İnqilab edərəm deyən,

Sevib,sevdiyini sevdiyinə deməyən qorxaq da ,

Elə mənim özüməm.

Sərhəddə kimi düşmən olan,

Sərhədləri aşanda ,düşmənliyi unudan ,

Unutduğunu da unudan,

Dünən dost olub,sabah tanımayan,

Xoşbəxt olduğunu göstərmək üçün ,

Üzə gülən özüməm.

Qışda yayı,yayda qışı xatırlayan,

Hər xəzəldə,çiçək açan alça axtaran,

Yağışda ağlayıb,

Günəşdə dostları yada salan

Doğru olan dünyanı,yalan sanıb

Aldanan,özüməm.

Demirəm ki, dünya yalan dünyadı.
Yalan olan elə mənim özüməm.

 08.01.2011

Advertisements

Özüməm” üçün 5 cavab

  1. Şeir maraqlı alınıb.
    “Danışmağa mövzu olsun,çay bəhanədi” aşağıdakı deyimə təlmih olub sanki:
    “gönül ne çay ister, ne çayhane
    gönül dost ister, çay bahane
    dost geldiyse, sohbet şahane
    dostun varsa yanında, daha ne…”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma