Təqvim.

İnsan olmaq bu dünyada ən asan və ən çətin peşədir.Bayramlardan nələrsə gözləyəcək qədər uşağıq hər birimiz.Atalarımız ,babalarımız belə bayramlarda bir başqa olur.

İllər keçdikcə sadəcə vəzifəsi dəyişir insanın bayramlarda.

Yadımdadı balaca olanda atam yastığın altına kiçik hədiyyələr qoyardı.Sonralar  bilirdim ki,səhər oyanan da yastığın altında hədiyyəm olacaq.Adiləşmişdi bir müddət sonra,maraqlı gəlmirdi o hədiyyələr daha..Ancaq bu səhər oyanan da  istədim ki, əlimi yastığın  altına atanda hədiyyə tapım .

Yox idi hədiyyə.Çünki dünən axşam atam da,anam da hədiyyəmi qonaqların yanında vermişdilər.Çünki böyümüşəm …

Ən gözəl bayramlar -stolun üstündə olan bütün meyvələri,konfetləri yediyimiz günlərdə qaldı.İndi baxıram konfetlərin hamsını yesəm belə,heç nə deyən yoxdu.

Vəzifələr dəyişib.İndi mən kimlərəsə hədiyyələr alıram.Evə gələn uşaqlara konfet vermirəm ki,dişləriniz ağrıyar.(p.s.Sovetdən qalan Şam ağacımızı da yenisi ilə əvəz etdik,ancaq üstündə hələ də Sovet oyuncaqları var..Kiçik izlər keçmişdən ..)

Həyatdı…yaşayırıq…

İnsan yenilənmək üçün təqvim yenilənməsini gözləyir.Niyə?!

Niyəsini özüm də bilmirəm.Yuxarıda da yazdım axı…İnsan hər zaman uşaqdı.İçindəki uşağı oyada bildiyin müddətcə..Son 2 ildi doğum günlərimdə,bir də Yeni ildə  qəribə bir duyğu selinə qapılıram.Səbəbini də bilmirəm.

“Nə isə“ çox uzatmayım.

Yeni il…bu ildə belə gəldi…keçməyinə isə sayılı saatlar qalıb…Sevinək də…Yenilənirik …Yəqin..:)

İnsan olduğum üçün yenilənəcəyimizə bir az da olsun inanıram…Elə-belə yaşamaq daha rahatdı nələrəsə ,haradasa doğrudan da “Şaxta Baba“nın olduğuna inanaraq yaşamaq…Niyə də olmasın..Var …:)

Elə bilməyin əsas bayramı unutdum…Həmrəy olaq !

Deməklə yox…içdən gələn istəklə Həmrəy olaq…Olaq deməklə olsa idi,nə vardı ki…))

Feyama güvənirəm,o da olacaq…:)

Bayram olsun…

Advertisements

Təqvim.” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma