“Eşq“ olsun…

Bu slaydşou üçün JavaScript lazımdır.

Cümlələri müxtəlif sözlərlə bəzəmək fikrim yoxdu ki,maraqlı və həcmli yazı olsun…Bir tamaşa insana bu qədər təsir edə bilər.Ancaq “bu qədər“i təsvir edə biləcəm ya yox,o qalsın yazının sonuna. İqlimim alt-üst olduğu səbəbindən girişi necə yazdım özümdə bilmədim…Elə-belə giriş olsun deyə yazmaq istəmirdim…ancaq deyəsən elə oldu:)

2 gün öncə facebookda dostlarımdan biri -“Millllləəttttt, DEKABRIN 4-ü saat 18:00-da DÖVLƏT PANTOMİMA TEATRında baş rejissorluğu Bəxtiyar Xanızadənin etdiyi, William Şekspirin sonetləri əsasında qurulan “Eşq” adlı tamaşa oynanılacaq.. KİM MƏNƏ QOŞULMAQ İSTƏYİR????? :)))))))))))))….- statusuna yazmışdı…

getmək qərarına gəldim…Və bilet aldı  mənə də.

“Kollektiv bütün kainatın harmonik tamlığının səbəbini məhəbbətdə görür.“ tamaşa haqqında bildiyim tək cümlə idi…

İndi keçək əsas məqsədə.Onu qeyd edim  ki,gedəndə bu qədər maraqlı olacağını düşünmürdüm. Tamaşa öncəsi bir az dostlarla söhbət etdikdən sonra …Seyr başladı…

“Məhəbbət öldü getdi deyilərkən cahanda.. o yenidən doğulur yer üzündə hər anda .. Bu ölümlü həyatda eşqlə dostluq eyləsən.. ölümün özü ölər.. yaşarsan əbədi sən.“ Tamaşa ulduzlu səma altında Doğan eşq(p.s. uzun saçlı aktrisa) ilə başladı…və Şekspirin yuxarıda yazdığım fikri səsləndi…

Gerisini isə sadəcə izləmək lazım idi…Zal tamamilə dolu idi.Və ustalıqla seçilmiş musiqilər..

Tamaşadan sonra bir daha əmin oldum ki, yüzlərlə kitab oxumaq,film izləmək ,yaşanmış sevgi hekayələri dinləmək səbəkarlardan …bunların heç biri o hissələri özün yaşamaq qədər ola bilməz…və hər kəs Bu Cahanda Eşqi başqa rəngdə yaşayır…

B-Tribe, Hablando…sədası altında yaşanan eşq …( aktyor işi mükəmməl idi)…

Eşq yaşamaq üçüm sadəcə sərhədlərini aşmalısan.Zəncirləri qırmalısan.

Qadınlar qəbul etməsə də,bu iki cins bir-birindən ayrı yaşaya bilməz.Cahan bütöv olmaz o zaman.Qadın hər zaman kişinin qüdrəti qarşısında acizdir.Qadın o zaman böyük olur ki,kişi ona aşiq olur.Bunu aktyorun mimikaları sözsüz çox gözəl ifadə edirdi.

Eşq sözsüz yaşanmalıdır.Bədənlə…

Vücudlar hiss etməlidi eşqi.İnsan həyatı boyu çoxlarına qarşı nəsə hiss edə bilər …Bu sevgi ,hörmət,bağlılıq və …ad qoya bildiyiniz başqa nələrsə ola bilər.Ancaq Eşq hiss deyil…Yaşanılacaq və bədəninin hər hüceyrəsinə onun qoxusunun hopması qədər vəhşi ,eyni anda sadəcə gözünün dərinliklərində itmək qədər adi bir “nədir“ sə ancaq hiss deyil…

Bir kişinin ,bir qadına aşiq olması kifayət etdi ki,dünya hazır ki, kimi olsun…

Eşq var o ölməyib…O hər an yenidən yaranır…

Bu eşqi yaşayacaq insanlarda ya eşqə inam ölüb,ya da eşqi yaşayacaq  cütlər rastlaşmır daha.

o anda yazdığım misralar belə oldu…Bir hissəsi:

 Barmaq uclarını üzündə hiss etməksə,

Niyə də,olmasın.

Ətrini doya-doya içinə çəkməksə ,
Niyə də,olmasın.

Əzbərləri unutdurub,
Yenidən yazacaqsa ,
Niyə də,olmasın.

Cahanda var olan nə varsa
Dönsün təkrar ona baxsın.
O hələ də ölməyibsə,
Hər an doğulursa,
Niyə də,olmasın.
…Yaşanılacaq nə varsa,
Əsasında eşq olsun.
Niyə də.olmasın?!
bu sualı özümə versəm…Tək cavabı var,eşq yaşamaq istədiyim insan da eşq yaşamaq istəyirmi …yox məncə …o cəmiyyətin zəncirlərini qırmaqdan qorxur…Çünki ,iqlimim yenidən əvvəlki kimi sakitləşəndə…o zəncirləri qıracaq güc məndə də olmayacaq…Səndə də, onda da…
Həyat davam edir…
(p.s. bunu qeyd etmədən bitirməyim yazımı…Baş rolda olan aktyorlardan birinin üzü beynimdə,özünün partretini çəkmiş birinin üzünə çox bənzəyirdi…Bəlkə də,bir azda bunun təsiri oldu…:))…)
http://www.youtube.com/watch?v=O1kg8JlA7lY Iqor Krutoy-səhnə arxası musiqilərdən biri…Gözlərinizi yumun…
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma