Vətəndaşlıq borcum.“A-a sənin nə qəşəng dırnaqların var…“:)

21 il ərzində 3 dəfə səs vermə hüququmdan istifadə etmişəm.İlki prezident seçkiləri zamanı,digəri referendum və yarım saat əvvəl Milli Məclis.Hərçənd səs verdiyim dairədən olan namizədlərin heç birini tanımırdım.Sadəcə olaraq vətəndaşlıq borcumu yerinə yetirmək üçün üz tutdum seçki məntəqəsinə.Axşam tərəfi getdim ki,seçici sayı az olsun.Ancaq qutudakı zərflərdən elə görünürdü ki, səhər də getsəydim az adam olardı.

Uzun sözün qısası,məktəbin qarşısındakı polis nümayəndəsinə yaxınlaşdım və məntəqənin yerini soruşdum.Elə təəccüblə cavab verdi ki,sanki o vəzifəsinin vətəndaşlara quluq olduğunu bilmirmiş kimi.:)

Içəri daxil oldum.Baş barmağıma boya vurulmadı..(p.s. yəqin üzümə baxıb 2ci dəfə səs vereəcək birinə oxşamadığım qənaətinə gəliblər)…Vəsiqəmə baxdılar…Keçdim katib xanımın qarşısında olan vərərqə imza atmağa…Günün şüarını…və heç vaxt unutmayacağım cümləni eşitdim:“A-a sənin nə qəşəng dırnaqların var…“:)

Gülə-gülə getdim 5-ci kabinədə vərəqədəki namizədimin qarşısına “x“ qoydum…ağlımda isə bir fikir vardı…“Hörmətli seçicilər, səs vermə gizlidir…Gizli səsvermə zamanı bir anlıq düşünün:səsinizi vermək istədiyiniz namizədi şəxsiyyətinizə yaraşdırırsınızmı?! Erkin Qədirli…“…

Gülə-gülə də çıxdım …Hələ də gülürəm…:)

Advertisements

Vətəndaşlıq borcum.“A-a sənin nə qəşəng dırnaqların var…“:)” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma