O Şəhər.

Bu slaydşou üçün JavaScript lazımdır.

Tarixi silinən şəhər,

İzlər yox olur küçələrində.

Xatirələrim göydən asılı yellənir

Uşaqlığımın üstündə bina tikilir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Kərpiclər çoxaldıqca,

Bir az daha unutqan oluram.

Ağ -qara şəkillərdəki Şəhər ,

Sən deyilsən?!

O daha doğmadı,sən də yad deyilsən.

Ayağım altında mərmər xışıldayır

Sahildəki qumlar kimi.

Puldan çox, eşq dilənir övladların.

Unutqanlıq sənədəmi keçdi?!

Yoluxucu xəstəlik kimi.

Gözümə əsəbi görünürsən,

Alnın qırışıb,qəzəbdəndi düyünlər.

Toz ,səs-küy içində xəstələnməmisən,

Həyat arsızlaşdırıb yəqin.

Küçələrində gəzdikcə…

Səninlə birlikdə ağlamaq,

Qışqırmaq istəyirəm.

Göz yaşların üstümə yağır…

Fəryadından öz səsimi eşitmirəm.

2010…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma