Qar və Külək.

Tanımadığı ünvandan,sıradan günlərin birində  məktub gəlsə insana.

Yazan bir zamanlar tanıdığın və ya haradasa ,nə vaxtsa 1 neçə dəqiqə ünsiyyətdə olduğun biri ola.

Yağan yağışdan ,doğan günəşdən,evinin bağçasında dünən axşam açan çiçəkdən,hər səhər küçədə   rastlaşdığı  məktəblilərdən yazsa.

Bir azda özündən yazsa.

Saçım uzanıb,artıq soyuq o qədər də təsir etmir…qarşıda uzun qış var.

Daha  Jazza qulaq asıram.Kofe içmirəm ,darçınlı çayla əvəz etmişəm onu…və.s…və ilaxır.

Bəlkə də heç onun kofeni  çaydan çox sevdiyini bilmirdin.Ancaq yazsın yenə də.

Xəzrini soruşsun …birdə Gilavarı…başqa heç nə…

Məktubu oxuyub.Sonra atasan otağın bir küncünə.İtə əşyaların içində.İllər sonra tapasan o evdən köçəndə.Xatırlayasan o insanı…və əslində heç vaxt unutmadığını anlayasan…

Bu şəhərdən əsən Küləklər sənin izini silməyəcək?!

Advertisements

Qar və Külək.” üçün 3 cavab

  1. bir sandıq tapsan,
    içi o unutduğunu sandıqlarının məktubları ilə dolu
    bir kibrit atasan
    bağlayasan sandığı
    unudasan hamısını.

    o küləklər nələri silməyib ki?!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma