Uğurlar…

“İnsanlar var ki musiqisiz həyatlarını təsəvvür edə bilmirlər .Elə insanlar da var ki onlar olmadan musiqini təsəvvür etmək olmur.“

Yazıya necəsə başlamalı idim.Bilmədim nə yazım .Bu 2 cümləni yazdım. Deməli, çoxdandı heç nə yazmıram.Daha dogrusu son zamanlar fikirlərimi bölüşməkdən imtina etmişəm.Kimsə düşünə bilər ki, bu simiclikdi.Hər kəs istədiyini düşünmək də azaddır.Hətta elə anlar olur əvvəllər yazdıqlarımı oxuyub fikirləşirəm ki ,görəsən neçə yazmışam bunları.İndi oturub saatlarla çalışsamda 1 cümlə belə yaza bilmərəm.
Əslində yaza bilirəm də …yazmaq istəmirəm.

Bu yazını da yazmağımım səbəbi eşitdiyim mahnının sözləri oldu.Hər halda Tarkanın yeni albomunu dinləməmiş çox az adam olar.Düzünə qalsa yazının onunla çoxda əlaqəsi yoxdu.
“Adını kalbine yaz“

deməklə olsa idi nə vardı ki…bilmirəm niyə bu mahnı məni illər sonraya aparır.15-20 il sonra gəlir gözlərimin önünə.və Həyatımda hal-hazırda önəmli olan insanlar gəlir ağlıma.Birdə bir neçə il əvvəl olan insanlar …Bir mahnı da deyildiyi kimi “Ey həyat sən nə qəribəsən“…

5-6 yaşım olanda tvdə bir film vardı“Элен и ребята“…həmişə elə dostlarımın olmasını istəyirdim..onların da sonu bildiyimiz kimi odu…illər sonra ayrı həyatlar…ayrı insanlar gəlir və kimlərsə unudulur…

“Hey hey gidi günler hey!
Yediğimiz içtiğimiz ayrı gitmezdi hatırla
Hey hey gidi günler hey!
Ne çabuk attın o günlerin pabucunu dama“

Bu misradan sonra yazmasam da olar…Misralar hər şeyi deyir…

(p.s.bunu anlamaq üçün bircə dəfə 40-50 il yaşamış insanları söhbətə tutub dostlarından danışmaq kifayətdir…O günləri yəqin ki bizdə görərik…)

Heç kim ,heç kimi unutmur…sadəcə bəzən unutmuş kimi yaşamaq hər kəs üçün ən doğrusu olur…

Uğurlar…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma