Məclis (Şair və Pəri)

… Pərilərim əhli kefdi
Gecələr içib,
Gündüzlər yatırlar.
Hərdən yuxuda da yazırlar…
Pərilərim hey uçurlar
Pəncərəmə qonub,
Arada içəri daxil olurlar.
Pərilərə həsr edək,
Sonra onlar da
İnsan təkin küsərlər.

Şair:
– Ey pəri,sən ki gözəlsən,
Aşıq demiş möcüzəsən.
Könüllərə əyləncəsən,
Gözlərə görünməzsən.
Alçaqların əyləncəsi,
Şairlərin həyat eşqi.
Kimlər aldı, kimlər satdı
Nə görməzsən, nə bilməzsən.
Ey pəri, sən ki gözəlsən,
Nə alçağam, nə də şair
Bəlkə məndən əl çəkəsən.
Uydurdum!

Pəri:
– Uydur görüm mən olmasam
Qəlb qapını hey çalmasam.
Yazardınmı səhər- axşam?,
Kim deyir ki, mən gözələm .
Məni gözəl görür şair,
Huri bilib hər kəlməmə
Uşaq kimi uyur şair.
Möcüzəyəm ,əyləncəyəm
Sənə görə bir mələyəm.
Mənsiz nədir sənin halın,
Kimə gərək gül camalın?!

Şair:
– Eh ay, pəri nə deyim ki,
Nə mən deyim, nə də sən bil.
Yaxşı, yaxşı küsmə mənə
Sən də satıb getmə elə.
Nə olsa da, sən gəl yenə
Olub bimar el əlində,
Gəl k,i qalmayım biçarə.

Pəri:
– Bax beləcə düz yola gəl
Hər sözümə eylə əməl.
Kar olmuş insanlara
Çatdırmaqçün fikirləri,
Dost olmağa yanıma gəl.
Razılığı sən pozmasan,
Alçaqlara heç uymasan,
Qoymaram biçarə səni…!

(p.s.Şairin fikirlərində kömək etdiyi üçün Afaya təşəkkür edir Lamiyə…onun sevdiyi 3-cü şəxsin təkində :)…)
Hörmətlə: Lamiyə Mərdan

Advertisements

Məclis (Şair və Pəri)” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma