Mart seli.

Uşaqlıqdan hər il eyni vaxt da eşitdiyim bir cümlə var. Mart gəldi, dərd gəldi.  Mart bu il bir başqa gəldi.Bakıya qarda yağdı. İndi isə şəhərdə təmizlik işləri gedir.Hər gündən fərqli olaraq sabah dərsə yuyulmuş yollarla gedəcəm.

Yağış yağır…

Yağış niyə yağır?

Yağış yağır, kimə nə?!

Yağışdı da yağır…..

Darıxıb Bakı üçün.

Həyətdə bir pişik var ondan soruşsan,deyər -yağış bir tək onun üzərinə yağır.Sevgilisini görmək üçün saatlardı pəncərəyə boylanan yarın üzərinə yağır. Yağır da,ürəyi istəyir yağır.Kövrəlib yəqin .Küsüb Martdan .Xəyanət eləyib mart Buludlara. Bahar çağı Bakıya,mart qar yağdırıb buludlara…

Bəs mən kimdən küsüm? Bilsəydim bu səhər səmaya kəmənd atardım ,günəşi tutardım. Kəməndi hardan tapacaqdım , o artıq

başqa mövzüdü.

Kəmənd demiş, bu yaxınlar da Dənizkənarı parka getmişdim .At yox idi, kəmənd olsa nə fayda… Pərdəni aralayıb pəncərədən baxım bir az, yağış deyəsən  mənim üzərimə yağır amma islatmır…niyə bu isə mənə qalsın …!Kimə nə?!

Advertisements

Mart seli.” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma